Icma.az
close
up
RU
“Aramsız yağışlar bazarda kənd təsərrüfatı məhsullarının qiymətini artırır” EKSPERT DANIŞDI

“Aramsız yağışlar bazarda kənd təsərrüfatı məhsullarının qiymətini artırır” EKSPERT DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əvvəlki illərlə müqayisədə bu il kənd təsərrüfatı sahəsində vəziyyət müəyyən qədər fərqlidir. Havaların qeyri-sabit keçməsi, davamlı yağışlar, bəzi bölgələrdə müşahidə olunan dolu və sel hadisələri kənd təsərrüfatı sektoruna ciddi təsir göstərib. Məhsuldarlığın azalması, bəzi məhsulların vaxtından əvvəl sıradan çıxması və fermerlərin əlavə xərclərlə üzləşməsi bazara da öz təsirini göstərməkdədir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı - ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, bu il diqqət çəkən əsas məqamlardan biri bazarlarda və marketlərdə alıcı qıtlığının hiss olunmasıdır. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar kateqoriyasına aiddir:

”Satıcılar məhsulu müəyyən qiymətə təklif etsələr də, satılmayan hissə bir müddət sonra yararsız hala düşür və vitrinlərdən birbaşa tullantıya çevrilir. Bu isə həm iqtisadi, həm də sosial baxımdan ciddi problemdir.

Əslində ərzaq məhsullarının qiymətləri cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmalıdır. Xüsusilə mövsümün ilk meyvə və tərəvəzləri hər zaman daha baha olsa da, əvvəlki illərdə insanlar bu məhsulları daha rahat ala bilirdilər. El arasında “ilk nübar” adlandırılan məhsullara maraq yüksək olurdu. Bu gün isə həmin maraq qalmasına baxmayaraq, alıcının maliyyə imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşıb.

Bazarlarda və marketlərdə alıcılıq qabiliyyətinin zəifləməsi açıq şəkildə müşahidə olunur. Əvvəllər insanlar meyvə və tərəvəzi kiloqramlarla alırdılarsa, indi daha çox qramla və ya kiçik qablaşdırmalarda almağa üstünlük verirlər. Bir çox marketlərdə alça, çiyələk, gilas və digər mövsümi məhsullar artıq kiçik paketlərdə satışa çıxarılır. Məsələn, cəmi bir neçə ədəd meyvə 3-5 manat arasında qiymətlə təklif olunur.

Bu yanaşmanın bir neçə səbəbi var. Birincisi, mağaza və market rəhbərləri yaxşı bilirlər ki, məhsul açıq şəkildə və böyük həcmdə satışa çıxarıldıqda xarab olma riski artır. İkincisi isə yüksək qiymətlər səbəbindən alıcıların məhsulu kiloqramla almağa maraq göstərməyəcəyi əvvəlcədən məlumdur. Nəticədə məhsulun kiçik hissələrlə qablaşdırılması həm satış şansını artırır, həm də mümkün itkiləri azaltmağa xidmət edir.

Alıcı baxımından yanaşdıqda isə vəziyyət fərqlidir. İnsanlar məhsulu ehtiyaclarını tam ödəmək üçün deyil, sadəcə dadına baxmaq və ya mövsümün meyvəsindən məhrum qalmamaq üçün alırlar. Başqa sözlə, məhsullar artıq doyumluq deyil, dadımlıq xarakter daşıyır. Bu isə əhalinin alıcılıq qabiliyyətinin zəiflədiyini göstərən əsas göstəricilərdən biridir.

İstehlakçılar arasında digər narazılıq məhsulların keyfiyyəti ilə bağlıdır. Bir çox insanlar qeyd edir ki, alınan meyvə və tərəvəzlər əvvəlki illərlə müqayisədə daha tez xarab olur. Bu vəziyyət həm hava şəraiti, həm daşınma və saxlanma qaydaları, həm də məhsulun yetişdirilməsi prosesində istifadə olunan üsullarla əlaqədar ola bilər. Nəticədə istehlakçı daha çox pul ödədiyi məhsuldan gözlədiyi faydanı əldə edə bilmir.

Məsələnin iqtisadi tərəfi isə daha dərindir. Son illərdə həm fermerlərin istehsal xərcləri, həm də əhalinin gündəlik yaşayış xərcləri əhəmiyyətli dərəcədə artıb. Yanacaq, gübrə, toxum, suvarma, logistika və əmək xərclərinin yüksəlməsi məhsulun son qiymətinə təsir göstərir. Lakin gəlirlərin artım tempi bu xərclərin artım sürətinə uyğun gəlmir. Yəni insanların maaş və gəlirləri artsa belə, bu artım bazardakı qiymət yüksəlişini tam kompensasiya etmir.

Nəticədə kənd təsərrüfatı məhsullarının qiymətləri bir çox insan üçün baha görünür. Əslində isə problemin kökündə təkcə qiymətlərin yüksək olması deyil, gəlirlərlə qiymətlər arasında balansın pozulması dayanır. Əgər gəlirlər və alıcılıq qabiliyyəti paralel şəkildə artsaydı, bu qiymətlər bugünkü qədər ağır hiss olunmazdı.

Ümumi yekun olaraq demək olar ki, kənd təsərrüfatı məhsullarının bazardakı qiymətləri ilə əhalinin alıcılıq qabiliyyəti arasında yaranan uyğunsuzluq həm satıcılar, həm fermerlər, həm də istehlakçılar üçün çətinlik yaradır. Problemin həlli yalnız qiymətlərin aşağı salınması ilə deyil, eyni zamanda əhalinin gəlirlərinin artırılması, kənd təsərrüfatında istehsalın səmərəliliyinin yüksəldilməsi və ərzaq bazarında daha dayanıqlı qiymət siyasətinin formalaşdırılması ilə mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyun 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri