Araşdırma: Emal edilmiş qırmızı ətin həddindən artıq istehlakı demans riskini artıra bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Yeni bir araşdırmaya görə, emal edilmiş qırmızı ət məhsullarını çox istehlak edən insanlarda demans xəstəliyinə tutulma riski daha yüksəkdir.
BAKU.WS xəbər verir ki, Harvard Universitetinin T.H. Chan İctimai Səhiyyə Bölməsi tədqiqatçıları, kolbasa və salam kimi emal edilmiş qırmızı ət məhsullarını çox yeyən şəxslərin demans inkişaf etdirmə ehtimalının daha yüksək olduğunu müəyyən edib.
Araşdırmada demans diaqnozu olmayan, orta yaşı 49 olan təxminən 134 min iştirakçı hər 2-4 ildən bir yedikləri qidaları və bu məhsulları hansı tezliklə istehlak etdiklərini qeyd etdikləri qida gündəliyi doldurub. Tədqiqatçılar iştirakçıları gündəlik istehlak etdikləri qırmızı ət miqdarına görə "az miqdarda istehlak edənlər", "orta miqdarda istehlak edənlər" və "çox miqdarda istehlak edənlər" olmaqla 3 qrupa ayırıblar.
Nəticədə, emal edilmiş qırmızı ət məhsullarını çox istehlak edən şəxslərin gələcəkdə demans diaqnozu alma riskinin az istehlak edənlərlə müqayisədə 13 faiz daha yüksək olduğu aşkar edilib.
Bununla yanaşı, araşdırma göstərib ki, emal edilməmiş qırmızı əti çox yeyənlərlə az yeyənlər arasında demans riski baxımından əhəmiyyətli bir fərq yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Yanvar 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















