“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” DEPUTAT
Icma.az, Bizim media saytına istinadən bildirir.
Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarından birgə istifadə ilə bağlı əldə olunan razılaşma ölkənin su təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı baxımından mühüm addım kimi dəyərləndirilir.
Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında razılaşmanın perspektivlərinə toxundu.
O qeyd etdi ki, bu, regionun su təminatı baxımından mühüm əhəmiyyət daşıyan razılaşmadır.
"Azərbaycanda ümumilikdə su resurslarının idarə olunması və çay sularından istifadə məsələsi son illərdə daha da ön plana çıxıb. Bu istiqamətdə müxtəlif layihələr hazırlanıb və müəyyən addımlar atılıb. İranla əldə olunan razılaşmalar, transsərhəd çaylardan birgə istifadə imkanları su problemlərinin aradan qaldırılması baxımından çox əhəmiyyətlidir.
Layihənin reallaşdırılması qonşu ölkələrlə su ehtiyatlarından daha səmərəli istifadə imkanları yaradacaq və xüsusilə suya ehtiyac yaranan yay mövsümündə ərazilərin təminatına müsbət təsir göstərəcək. Araz çayının resurslarından birgə və koordinasiyalı istifadə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, suvarma imkanlarının genişlənməsinə və əhalinin su təminatının yaxşılaşdırılmasına xidmət edə bilər. İqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi bir dövrdə belə əməkdaşlıq regional su təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 13 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















