Araz Naxçıvan ın baş məşqçisi: Karvan Yevlax ın itirəcəyi heç nə yox idi
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Karvan Yevlax" komandasının "Araz-Naxçıvan"la matçda itirəcəyi heç nə yox idi.
"Cebheinfo.az" xəbər verir ki, bunu Misli Premyer Liqasının XXI turunda "Karvan Yevlax"la oyundan sonra mətbuat konfransında Naxçıvan kollektivinin baş məşqçisi Andrey Demçenko deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki "Karvan-Yevlax"ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar. Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Yenə də səbirli olduq və əks-hücumda qol vurmaq üçün şansımızı yaxaladıq. İkinci hissədə bir qədər fərqli oynadıq. Çalışdıq rəqibə boş zona verməyək".
Qeyd edək ki, "Karvan Yevlax" - "Araz-Naxçıvan" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 21 Fevral 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















