Icma.az
close
up
RU
Araz Naxçıvan milli ilə qarşılaşacaq

Araz Naxçıvan milli ilə qarşılaşacaq

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi görüşlərə hazırlıq çərçivəsində Azərbaycan millisi ilə yoxlama matçında qüvvəsini sınayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

O, bu görüşü qrup oyunlarının təşkil olunacağı Rumıniyaya yollanmamışdan əvvəl reallaşdırmaq istədiklərini söyləyib:

"Turnirə yollanmamışdan əvvəl milli ilə qarşılaşmaq istəyirik. Vaxt məhdudiyyəti var. Ona görə də nə ölkə xaricinə gedə, nə də kimisə qəbul edə bilirik. Oktyabrdan həm Azərbaycan çempionatı, həm də UEFA Çempionlar Liqasının hazırlığına başlamışıq. Hətta 3 günlük təlim-məşq toplanışı da keçdik. Hər şey qaydasındadır. Hazırda bütün diqqətimizi yarışa yönəltmişik".

Rusiyalı mütəxəssis rəqibləri təhlil etdiyini deyib:

"Oyunlarını təhlil edib müəyyən qədər özüm üçün nəticə çıxarmışam. Rəqiblərin gücləri bəllidir. Hər biri mübarizə apara biləcəyimiz komandalardır. Çətinliklərdən biri də odur ki, ilk oyunu meydan sahiblərinə qarşı keçirəcəyik".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində yer aldığı VII qrupda "Yunayted Qalati" (Rumıniya), "Differdanje 03" (Lüksemburq) və "Tigers Roermond" (Niderland) komandaları ilə mübarizə aparacaq. Azərbaycan təmsilçisi əsas mərhələdə ilk matçını oktyabrın 29-da Rumıniya klubuna qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri