“Araz Naxçıvan” Zaur İsmayılov və Cavid Hüseynovla yollarını ayırdı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Araz-Naxçıvan” baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, Zaur İsmayılov və Cavid Hüseynovun “Araz-Naxçıvan”dakı fəaliyyəti bundan əvvəl də baş məşqçi məsələsi və UEFA PRO kateqoriyası ilə bağlı müzakirələrə səbəb olub. Avqust ayında klub lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılovu rəsmi baş məşqçi təyin edib, komandanın nəticələrinə, məşq və oyunlarının idarə olunmasına cavabdehliyi isə Cavid Hüseynova həvalə etmişdi. Bu qərar mətbuatda geniş müzakirə olunub, iki məşqçinin səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı suallar gündəmə gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















