Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Araz Naxçıvan”a şok: Premyer Liqa ilə vidalaşa bilər

“Araz Naxçıvan”a şok: Premyer Liqa ilə vidalaşa bilər

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”da vəziyyət heç də ürəkaçan deyil.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi mövsümün sonunda elitanı tərk edə bilər.

Düzdür, hazırda komanda turnir cədvəlində autsayderlər arasında deyil. “Araz-Naxçıvan”ın aktivində olan 27 xal və mövsümün sonunadək əldə edəcəyi ehtimal olunan xallar naxçıvanlıların idman prinsipləri baxımından Premyer Liqada qalması üçün yetərli ola bilər.

Amma indiki məqamda komanda üçün əsas təhlükə maliyyə, sponsor məsələsidir.

Məsələ burasındadır ki, “Araz-Naxçıvan”ın prezidenti Ramin Axundov hazırda dəyəri milyonlarla ölçülən siqaret qaçaqmalçılığına görə ölkədən qaçıb və onun barəsində axtarış elan edilib. Ramin Axundovun qardaşı, “Araz-Naxçıvan”ın de-fakto rəhbəri Zaur Axundov barəsində isə bu məsələ ilə bağlı cinayət işi açılıb, onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib. Qardaşların sahib olduğu şirkətlərin adları da məhz bu külli miqdarda qaçaqmalçılıqda çəkilir. Hansı ki, bu şirkətlər eyni zamanda “Araz-Naxçıvan”ın sponsorlarıdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi bu əməliyyatdan sonra bir sıra maraqlı iddialar da ortaya atılıb. İstər-istəməz sual yaranır: Qaçaqmalçılıqda əldə edilən pullar “Araz-Naxçıvan”ın üzərindən “yuyulub”? Hər halda bu iddianın da rəsmi qurumlar tərəfindən araşdırılacağı istisna deyil.

İndi isə ən aktual sual “Araz-Naxçıvan”ın aqibəti ilə bağlıdır. Düzdür, indiki durumda Naxçıvan təmsilçisinin cari mövsümdəki fəaliyyəti ilə bağlı hər hansı qaranlıq məqam yoxdur. Naxçıvanlılar mövsümü dövlətin ayırdığı 2,5 milyonluq vəsait hesabına başa vuracaq. Belə ki, dövlət tərəfindən AFFA vasitəsilə klublara köçürülən vəsaitlərin hissə-hissə komandalara ödənilməsi məhz bu cür fors-major hallara görə hesablanıb.

Daha öncəki acı təcrübələr bu cür ehtiyatlı addımların atılmasına zərurət yaradıb. Çünki 2,5 milyon mövsümün əvvəlində ödənilsəydi, o zaman klub rəhbərliyi bütün vəsaiti xərcləyə, sona bir qəpik də saxlamaya bilərdi. Hər halda Ramin Axundovda belə bir potensialın olduğu sonradan üzə çıxdı.

Ancaq isənilən halda mövsümün sonunda “Araz-Naxçıvan”ın xalları Premyer Liqada qalmaq üçün yetərli olsa belə, yeni mövsüm üçün lisenziya şərtlərinə əməl etməlidir. Lisensiziya məsələsində ən aktual məsələ isə maliyyədir. Buna əməl edilmədiyi təqdirsə isə Peşəkar Futbol Liqasının Əsasnaməsi dövrəyə girir.

Əsasnamədə qeyd olunub ki, Premyer Liqada iştirak edən klub növbəti mövsüm üçün elitada iştirak etmək hüququnu verən lisenziyanı almadığı halda, o, Premyer Liqada iştirak etmək hüququndan məhrum edilir və avtomatik olaraq I Liqaya yuvarlanır.

İndiki durumda qış fasiləsindən sonra qələbəyə üzünə həsrət qalan “Araz-Naxçıvan”ın buna doğru getdiyi açıq-aydın görünür. Hazırda başsız qalan klubun aqibətinin necə olacağı ehtimal olunsa da, gələcəklə bağlı konkret nəsə deyən klub rəhbəri tapılmır – qardaşlardan biri qaçıb, digəri də ev dustaqlığındadır.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2014-cü ildə də Premyer Liqada iştirakını yarıda dayandırmışdı. Həmin il 11 oyunun 9-da məğlub olan naxçıvanlılar bunun səbəbini hakim ədalətsizliyi ilə əlaqələndirsə də, qərarın həmin dönəmdə Ali Məclisin sədri olan Vasif Talıbov tərəfindən verildiyi heç kimdə şübhə doğurmurdu. Klub həmin dönəm qeyri-peşəkar idarəetmə ilə yadda qalmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Fevral 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri