Icma.az
close
up
RU
“Araz Naxçıvan”la 3 cü oyunda hakimlərin yol verdiyi kobud səhv bizə baha başa gəldi” çempionluğu əldən verdi, belə dedi

“Araz Naxçıvan”la 3 cü oyunda hakimlərin yol verdiyi kobud səhv bizə baha başa gəldi” çempionluğu əldən verdi, belə dedi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Futzal üzrə ölkə çempionatının 19-cu turunda “Araz-Naxçıvan” ən yaxın izləyicisi “Neftçi”ni darmadağın edib çempion oldu. “Baku Fire” 44 xalla 2-ci, “Neftçi” isə 43 xalla 3-cü pillədə qərarlaşıb.

Niyə “Araz-Naxçıvan”ın çempionluğuna son qoya bilmədiz? Əsas səbəb kimi nəyi görürsüz? Yevgeni Kukseviç gələndən sonra “Araz-Naxçıvan” nəyi dəyişdi? Bu sualları “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazova ünvanladıq:

“Baku Fire” bu mövsüm çempionluğa çox yaxın idi. Birinci dövrədə əsas rəqiblərimizi geridə qoyduq, lakin ikinci dövrədə sanki komanda uğursuzluq zolağına düşdü. Dövrələrarası fasilədə əsas rəqibimiz olan “Araz-Naxçıvan” heyətini bir neçə legionerlə gücləndirdi və bu transferlər onların oyununa ciddi təsir göstərdi. Biz də heyətimizi möhkəmləndirməyə çalışdıq, ancaq “Araz-Naxçıvan”la maliyyə baxımından eyni səviyyədə deyilik və bu fərq meydanda da özünü göstərdi. Mövsüm hələ başa çatmasa da, mən bu ili “Baku Fire” üçün ümumilikdə uğurlu saymaq istərdim. Çempionluq uğrunda mübarizədə bir sıra ciddi sınaqlardan keçdik və bu proses komandamız üçün böyük təcrübə oldu. Əsas problemlərdən biri yığma ilə bağlıdı. Bildiyiniz kimi, millinin aparıcı oyunçularının əksəriyyəti “Baku Fire”ın üzvüdü. Hər təlim-məşq toplanışı zamanı əsas heyətin 6-7 üzvü komandadan ayrı qalır. Biz isə həmin vaxt cəmi 4-5 əsas oyunçu və “Baku Fire-2”dən dəvət olunan gənclər ilə məşq keçməyə məcbur oluruq. “Araz-Naxçıvan” isə hazırlıq prosesini tam heyətlə, xüsusən də 8 legioneri ilə birlikdə keçir. Digər bir problem ikinci dövrədə qol imkanlarımızdan istifadə edə bilməməyimiz oldu. Sanki komanda hücumda tilsimə düşmüşdü. Üstəlik “Araz-Naxçıvan”la 3-cü oyunda hakimlərin yol verdiyi kobud səhv bizə baha başa gəldi. Həmin qarşılaşma komandamızın bu mövsüm göstərdiyi ən yaxşı oyunlardan biri idi və qələbəyə biz daha layiq idik. Ümumiyyətlə, bu mövsüm “Araz”la keçirdiyimiz oyunlarda “Baku Fire” daha üstün futbol sərgiləyib. Mövsüm hələ bitməyib. Mayın 29-da “Neftçi”yə qarşı son oyunumuz var və bütün diqqətimizi həmin matça yönəltmişik. Bu ilin daha bir sevindirici tərəfi isə “Baku Fire-2”nin 1-ci liqada çempion olmasıdı”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri