Icma.az
close
up
RU
Arazı üzərək Naxçıvana keçib İrana gedən Elminin başına gələn İLGİNC HADİSƏLƏR

Arazı üzərək Naxçıvana keçib İrana gedən Elminin başına gələn İLGİNC HADİSƏLƏR

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədləri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istəyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.

Elmin oradan qaçaraq sərhədi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhədi keçib.

Elmin başına gələnləri belə danışıb: "Məhəmmədrza ilə Bakıda alış-verişlə məşğul olanda tanış olmuşdum. İrana gedəndə Məhəmmədrzaya xəbər etdim. Məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onlarda qaldım. Sonra Məhəmmədrza sənədlərimi götürdü. Tural Novruzov adlı tanışımın ona 75 min manat borcu olduğunu dedi. Tural borcunu qaytardıqda sənədlərimi verəcəyini bildirdi.

Buna görə konsulluğa müraciət etdim. Mənə qayıdış şəhadətnaməsi verildi. Lakin Təbrizdəki miqrasiya xidmətinin rəisi Məhəmmədrzanın tanışı olduğundan şəhadətnaməyə möhür vurmadı. Yenidən konsulluğa müraciət etdim. 4 ay İranda qaldım, amma çıxış yolu tapa bilmədim. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verib kömək təklif etdi. 500 min tümən qarşılığında kömək edə biləcəyini dedi. Araz çayının yaxınlığında üzərək keçməyi təklif etdi".

Bu təkliflə razılaşan Elminə tikanlı məftilləri qaldırmaq üçün 2 ədəd ağac verib çayı keçəcəyi yerə gətiriblər.

Elmin Arazı üzərək Şahtaxtı kəndinə keçib. Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.

Elmin sonra Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.

Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə Elmini 1600 manat cərimə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri