Icma.az
close
up
RU
Argentina Fransa ilə yeni sualtı qayıqların və sahil mühafizə gəmilərinin alınmasına dair danışıqlara başlayıb

Argentina Fransa ilə yeni sualtı qayıqların və sahil mühafizə gəmilərinin alınmasına dair danışıqlara başlayıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 17 noyabr, AZƏRTAC

Argentina hərbi dəniz qüvvələrinin modernləşdirilməsi istiqamətində mühüm addım atır. Ölkə prezidenti Ksavye Milei Fransa ilə yeni sualtı qayıqların və sahil mühafizə gəmilərinin alınması ilə bağlı danışıqlara başlandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Fransanın “Naval Group” şirkəti Argentina üçün nəzərdə tutulan yeni nəsil sualtı qayıqları təklif edən əsas namizədlərdən biri idi. Almaniyanın “ThyssenKrupp Marine Systems” ilə sərt rəqabət aparan “Naval Group”un “Scorpene” tipli sualtı qayıqları rəsmi Buenos-Ayresin seçimində üstün mövqeyə sahib olub. Məlumata görə, Argentina bu sualtı qayıqlarla “Armada Argentina” donanmasını hərbi və texniki cəhətdən yeniləməyi hədəfləyir. Sahil mühafizə qüvvələrinə gəlincə, Fransa istehsalı olan patrul gəmiləri olan “Prefectura Naval”ın 4 min 700 kilometrlik sahil xəttini nəzarətdə saxlamaq imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyi bildirilir.

Argentina ötən il Fransa ilə üç “Scorpene” sualtı qayığının alınmasını nəzərdə tutan niyyət sənədi imzalayıb. Mümkün müqavilənin dəyərinin 2,3 milyard avro olduğu deyilir. Həmçinin Argentina sahil patrul gəmilərinin inşası üçün Fransanın “Kership” şirkətini seçmişdi. Lakin bu müqavilə hələlik rəsmiləşdirilməyib.

Argentina müdafiə strategiyasında sualtı qayıqların rolu xüsusi vurğulanır. Bu ölkənin Müdafiə Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, sualtı imkanların bərpası əsas çağırışdır, çünki orduda sualtı qayıq qədər çəkindirici silah yoxdur. Bu baxımdan Fransa ilə əməkdaşlıq tarixi ənənələrə dayanır. “Mirage” qırıcıları, “Super-Etendard” təyyarələri və “Exocet” raketləri illərdir Argentina hərbi qüvvələrinin arsenalında mühüm yer tutur. Fransa istehsalı olan hərbi texnikanın etibarlılığı, avtonomluğu və Argentina silah sistemləri ilə uyğunluğun yüksək qiymətləndirilməsi bu tərəfdaşlığın daha da gücləndirilməsinə səbəb olub”, - deyə məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri