Icma.az
close
up
RU
Arif Əsədov: “Qəbələ”nin “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi” MÜSAHİBƏ İdman və Biz

Arif Əsədov: “Qəbələ”nin “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun İdman.biz saytına müsahibəsi

- Azərbaycan kubokunda 1/8 final mərhələsində sizin üçün ən yadda oyunu hansı oldu?

- Ən yaddaqalan “Turan Tovuz” - “Sabah” matçı oldu. Hər 2 klub kubokda sona qədər getməyə iddialı idi. Bilinirdi ki, matç çox gərgin keçəcək. Çox maraqlı görüş oldu. Amma təəssüf ki, Denis Marandiçi ağır zədə aldı. Bu, hər birimizi kədərləndirdi. Hər 2 klub bərabər səviyyəli oynadı. Sonda penalti zərbələrində psixoloji baxımdan daha yaxşı olan “Sabah” qalib gəldi.

- Ötən gün “Qarabağ” əsas heyət oyunçularını meydana buraxsa da, “Qəbələ”ni (2:0) çətinliklə məğlub etdi. Belə zəif çıxışa səbəb nədir?

- Bu matçda meydanın vəziyyəti yaxşı idi, əsl futbol abu-havası var idi. Çoxları “Qarabağ”dan böyük hesablı qələbə gözləyirdi. İlk dəqiqələrdən qol vurdular. Amma sonradan gördük ki, bu oyun “Qəbələ” üçün bir stimuldur. Onlar I Liqada liderdilər. Oyun sxemlərinin və stillərinin olduğu hiss olunur. “Qarabağ”a qarşı oyun onlar üçün imtahan idi. Daha istəkli görünürdülər. Komanda ustalıq baxımından isə “Qarabağ” üstələyirdi. Oyunun gedişində “Qəbələ”nin rahat oynaması, “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi. Kaxabel Tsxadadzenin işinə xoş sözlər demək olar. Ola bilər ki, ağdamlılar da matça bir qədər rahat çıxmışdılar. “Qarabağ”ın əsas heyəti meydana buraxması bir növ Avropa Liqasında “Elfsburq”la matça da hazırlıq məqsədi daşıyırdı. Bu oyunda İsveçdəki sərgiləyəcəkləri oyun stili üzərində işlər gördülər.

- “Qəbələ” kimi “İmişli” də Premyer Liqa klubu “Kəpəz”ə ciddi müqavimət göstərdi. Gəncəlilərin 1:0 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirləriniz?

- Oyun çox gərgin keçdi. Xüsusi ilə də ilk 10-15 dəqiqədən sonra “İmişli” hiss etdi ki, bu rəqiblə oynaya bilər. Məşqçilər tərəfindən yaxşı oyun stili də tətbiq olunmuşdu. Hiss olunurdu ki, sistemli, strukturlu oynayırdılar. Hücumlar edirdilər və hətta qol vursalar da sayılmadı. Sonda verilən penalti isə haradasa, şübhə doğururdu. Amma qərar hakimindir. Bu 11 metrlik cərimə zərbəsi ilə “Kəpəz” qələbə qazandı. “İmişli”yə sərgilədiyi oyun üçün alqışlar düşür. Onlar Premyer Liqaya yüksəlmək üçün əsas namizədlərdəndir.

- I Liqa klublarından MOİK isə “Sumqayıt”a çətinlik yaratdı. Kimyaçılar yalnız əlavə vaxtda 2 qol vuraraq qalib gəldi. Vaqif Cavadovun komandasının matça ciddi yanaşmadığını deyə bilərik?

- MOİK - “Sumqayıt” matçı da gərginliyi ilə seçildi. I Liqa komandaları belə matçlarda çalışırlar ki, özlərini göstərsinlər. Futbolçular da Premyer Liqada oynamağa layiq olduqlarını sübut etməyə çalışırlar. Bu baxımdan I Liqa komandaları çətinliklər yaradır.

- “İmişli” və “Qəbələ”nin oyunlarına baxdıqda heç düşündünüzmü ki, bu klublar Misli Premyer Liqasında mübarizə apara bilərlər?

- Həm “İmişli”, həm də “Qəbələ”ni izləyərək gördük ki, artıq I Liqada səviyyə qalxıb. Daha çox yerli futbolçular bu liqada oynayır. Bu da müsbət haldır. Premyer Liqa klubları oradan özlərinə oyunçu transfer edə bilərlər. Üstəlik “İmişli” və “Qəbələ” ilə bərabər MOİK və “Karvan”ın da gələn il Premyer Liqada çıxış etmək üçün gördükləri işlər hiss olunur.

- 2 Premyer Liqa klubu “Zirə” və “Şamaxı”nın duelində birincilər 3:1 hesabı ilə qələbə qazandılar. Rəşad Sadıqovun komandasının kubokda şanslarını necə dəyərləndirirsiz?

- “Zirə”-“Şamaxı” matçı da “Turan Tovuz”un “Sabah”la qarşılaşması kimi maraqlı idi. Çünki 2 Premyer Liqa klubu üz-üzə gəlirdi. Onlar da burada axıra kimi getməyə iddialı idi. İlk hissə “Zirə”nin üstünlüyü ilə keçdi. 2 qol vurdular. Amma bundan sonra “Şamaxı” özünə gəldi və matç daha maraqlı oldu. Bölgə təmsilçisi 3-cü qolu buraxdıqdan sonra artıq bu cütün taleyinə də aydınlıq gəldi. “Zirə”ni kubokda finala yüksələ biləcək komandalardan biri sayıram.

- “Neftçi” “Difai” ilə matçda 6:0 hesablı inamlı qələbə qazandı. Bu qalibiyyət “ağ-qaralar”ın gələcək matçlarına işıq ola bilərmi?

- “Neftçi”nin qələbəsi gözlənilən idi. “Difai” I Liqada da son sıralarda gedir. Ancaq bu komandada baş məşqçi kimi Xəqani Məmmədovun gəlişindən sonra irəliləyiş hiss olunur. Böyük hesabla məğlubiyyətə baxmayaraq, bəzi epizodlarda məşqçi işi görünürdü. Amma təbii ki, “Neftçi”nin ustalıq səviyyəsi sonda öz sözünü dedi. Bu tipli oyunlar komandanın oyununu yaxşılaşdırmaq baxımından da önəmlidir. “Neftçi” bu matça ciddi yanaşmışdı. Oyuna yaxşı köklənmişdilər. İnamlı zəfər sahəsində “ağ-qarlar” qələbə ruhunu çempionat oyununa da daşıya bilərlər. Bu baxımdan matç bakılıların xeyrinə oldu.

Emin Ağa
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri