Icma.az
close
up
RU
Arif Niftullayev: “Bunu etsəm, Azərbaycan güləşində yeni səhifə açılacaq” MÜSAHİBƏ İdman və Biz

Arif Niftullayev: “Bunu etsəm, Azərbaycan güləşində yeni səhifə açılacaq” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Arif Niftullayevin (97 kq) İdman.biz-ə müsahibəsi

- Çində təlim-məşq toplanışında iştirak edirsiz. Hazırlıqlar necə gedir?
- Çində məşqlər çox yaxşı keçir. Hələ noyabrın 27-dək buradayıq. Taktiki, texniki və fiziki hazırlıq üzərində çalışırıq. Buranın şəhərdən uzaq olması əlavə bir üstünlükdür. Dağlıq ərazidə hazırlaşırıq və hava da çox təmizdir.

- Hazırkı formanı necə dəyərləndirirsən? Qarşıda hansı turnirdə iştirak etməyi düşünürsən?
- Təlim-məşq toplanışının sonuna qədər hələ 2 məşqimiz var. Düşünürəm ki, yekunda yaxşı formada olacağam. İlin axırında ölkə çempionatı var. Ondan sonra beynəlxalq turnirlər olacaq. Əsas hədəf Avropa çempionatıdır. Ona qədər yeni ilin əvvəlində bir iki turnirdə iştirak edəcəyik.

- 2022-ci ildə dünya çempionatında bürünc medal qazandıqdan sonra elə də ciddi nailiyyətin olmayıb. Bu nə ilə bağlıdır?
- Həmin vaxta qədər yerlilər arasında istər sərbəst, istərsə də yunan-Roma güləşində ağır çəkidə nəticə olmamışdı. Mənim çəkimdə dünya çempionatında indiyə qədər medal qazanılmamışdı. 2022-ci ildə mundialda bürünc medal qazanmaqla sübut etdim ki, işləməklə bizim güləşçilər də ağır çəkidə medal qazana bilərlər. Bu çəkidə hər zaman problemlərimiz olub və bu səbəbdən də legionerlərə ehtiyac duyulub. 2022-ci ildən sonra məndə zədələr oldu. Zədələrimi tam sağaltmaq üçün 1 il vaxt getdi. Ötən il dünya çempionatına yollansam da, xoş olmayan hadisə yaşandı. İlk görüşə çıxmamışdan əvvəl hazırlıq zamanı qolumdakı əzələlərdə yırtıq əmələ gəldi. Bununla belə xalçaya çıxdım. Hətta hesabda irəlidə idim, amma zədə görüşü davam etməyə imkan vermədi. İki ay da buna görə müalicə aldım. Zədələrə görə məşqlər etmirdim və hər məşqdən qaldıqda 2-3 gün dala düşürdüm. Bu səbəbdən də formamı çox itirdim.

- Ölkəmizdə ağır çəkilərdə rəqabətin az olması çıxışına necə təsir edir?
- O fikirlə razı deyiləm ki, ölkəmizdə ağır çəkidə rəqabət azdır. Bu psixologiya ilə bağlı olan bir şeydir. Bizdə ağır çəkilərə çox da önəm verilmir. Aşağı və orta çəkilər daha çox ön planda olduğuna görə bu, belədir. Yəqin ki, fikrimi digər ağır çəkidə olan güləşçilər də təsdiqləyər. Hətta Olimpiadadan öncə müraciət etmişdim ki, bizə ağır çəkiyə məşqçi lazımdır. Çünki sırf ağır çəki ilə işləyən mütəxəssis yoxdur. Ümumi məşq prosesləri bizim üçün azdır. Ağır çəkidə olanların məşq prosesi, taktiki-texniki hazırlığı başqa cürdür. Digər ölkələrdə də belədir. Onlarla ayrı məşqçi çalışır. Məncə, bizdə 87 kq, 97 kq və 130 kq-a 1 məşqçi nəzarət etsə, bəs edir. Bu olsa, ağır çəkidə nəticələrimiz daha yaxşı olar.

- Yeni ildən daha fərqli Arif Niftullayev izləyə biləcəyik?
- İnsan gərək düşdüyü vəziyyətdən çıxış yolu axtarsın. Əgər vəziyyət budursa, bu, o demək deyil ki, məşq etməyim. Onsuz da bu belə gəlib, belə də gedəcək. Üzərimdə çalışıram və qazandığımdan daha artığını əldə etmək üçün hər şeyi edirəm.

- Bəs əsas hədəfin nədir?
- Əsas qazanmaq istədiyim dünya çempionatının qızıl medalıdır. Atam da yunan-Roma güləşi üzrə ilk dünya çempionudur, mən də bunu etsəm, Azərbaycanda yeni bir səhifə açılacaq. Ata və oğul eyni adı daşıyacaqlar. Hazırda deyirlər ki, atası dünya çempionu, oğlu mundialın mükafatçısı. İstəyirəm ki, qızıl medal da qazanıb və atası da, özü də dünya çempionu oldu, desinlər. Bundan başqa, Avropanın da ən güclüsü olmaq və 4 ildən sonra Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının medalını da əldə etmək arzusundayam. Ona görə də bu yolda nə qədər əziyyət lazımdırsa, çəkəcəyəm.

Emin Ağa
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri