Icma.az
close
up
RU
Artıq bir neçə ildir ki, xalqımız bu əziz bayramı suverenliyimizin tam bərpa olunması şəraitində qeyd edir

Artıq bir neçə ildir ki, xalqımız bu əziz bayramı suverenliyimizin tam bərpa olunması şəraitində qeyd edir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da hər il böyük sevgi ilə, yüksək təntənə ilə qeyd olunur, birlik və həmrəylik hisslərimizi daha da gücləndirir. Artıq bir neçə ildir ki, xalqımız bu əziz bayramı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması şəraitində, Şuşa, Ağdam, Zəngilan məscidlərində bayram namazlarının qılınmasıyla, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Füzulidə, Laçında üçrəngli bayrağımızın qürurla dalğalanması fonunda qarşılayır. Böyük Qayıdışın uğurla davam etməsi milli və dini bayramlarımızı öz doğma ata-baba yurdlarında qarşılayan, qeyd edən soydaşlarımızın sayının ildən-ilə artmasıyla müşayiət olunur".
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun bayram təbrikində yer alıb.
Komitə sədri qeyd edib ki, qalib Azərbaycanımızın dörd bir yanında olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə də, o cümlədən Şuşa və Xankəndi kimi strateji şəhərlərimizdə də insanlarımızın bayram ovqatına köklənməsi o torpaqları həm tarixi ənənələrimizə qaytarır, həm də xalqımızı yeni hədəflərə doğru istiqamətləndirir:
"Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə və antiterror əməliyyatı nəticəsində düşmən işğalından azad edilən tarixi torpaqlarımızda bu gün qurbanlar kəsilir, ölməz şəhidlərimizin ruhlarına dualar oxunur".
Əlisahib Hüseynov, "Sizi İslam dininin əlamətdar mərasimlərindən biri olan və özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Allah kəsilən qurbanları, oxunan duaları qəbul eyləsin. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhları şad olsun. Onların əziz xatirəsini hörmət və ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən hərbçilərimizə, qazilərimizə can sağlığı diləyir, bütün xalqımıza ən xoş arzularımı çatdırıram.
Bayramınız mübarək olsun, dəyərli həmvətənlər!",-deyə vurğulayıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 İyun 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri