Icma.az
close
up
RU
“Artıq Türk Dünyası hansısa güclər üçün bufer zona rolunu oynaya bilməz...“ AKİF NAĞI

“Artıq Türk Dünyası hansısa güclər üçün bufer zona rolunu oynaya bilməz...“ AKİF NAĞI

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əvvəla, bu anlayış köhnəlmişdir, çünki dünya o qədər qloballaşıb ki, silahlar və texnologiya çox irəliləyib ki, belə bir zona öz əhəmiyyətini itirir. Həmçinin, Çin və  Rusiya ilə Azərbaycanın arasında bir "bufer zonası" saxlamağa ehtiyac yoxdur, çünki bu yol, Şərqin və Qərbin birləşməsinə səbəb olacaqdır..."

Xəbər verildiyi kimi, oktyabrın 6-7-də Qəbələ şəhərində  Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü keçirildi. Bu, mühüm strateji geo-siyasi hadisə hesab olunur. Bəzi xarici siyasi şərhçilər belə bir fikir səsləndirir ki, hazırda qlobal güclər Türk Dünyasını öz tərəfinə çəkmək uğrunda mübarizə aparır. Qərb, yaxud ABŞ və Avropa Turan ideyasına dəstək verməklə bir növ özləri ilə Rusiya-Çin arasında bufer zona qurmağa çalışır, Çin və Rusiya isə əksinə… Görəsən, bu nə dərəcədə gerçəyə uyğundur?.. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bunları söyləyib:

“Bəli, Turan Birliyi  Türk Dövlətləri Təşkilatı olaraq artıq real və ciddi bir gücə çevrilir. Dediyiniz kimi, bu günlərdə Qəbələdə keçirilən növbəti Zirvə Görüşü də sübut edir ki,  əlaqələr daha da möhkəmlənir, görüşlər praktiki şəkildə həyata keçirilir və müzakirələr konkret plana çevrilir.  Bu prosesin baş verməsi, türk dünyasında böyük dəyişikliklərə səbəb ola bilər və yaxın gələcəkdə güclü siyasi və iqtisadi təkanlar yarada bilər. 

Turan Birliyi həmçinin ərazilərinin zəngin təbii sərvətləri və geniş əhalisi ilə strateji önəm daşıyır. O, həm Şərqlə, həm də Qərblə əlaqələrin kəsişməsində yerləşir və bu coğrafi mövqeyin böyük əhəmiyyəti var. Bugünkü dünyada Orta Dəhlizdən bəhs edilir və bu dəhliz birləşən yolların mühüm tərkib hissəsidir. Əgər bu dəhliz düzgün idarə olunarsa, həm keyfiyyət, həm də dəyər baxımından artımlar olacaq...  

Türk dövlətləri arasında həmçinin bir növ "Türk Şengeni" yaradılması mümkündür. Bu birlik, həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malik olacaq. Həmçinin,  “Türk NATO-su” deyilən vahid bir ordu qurulması ilə bağlı planlar da mövcuddur. Bu ordu Turan ordusu olaraq tanınacaq və türk dünyasının birliyini daha da möhkəmləndirəcəkdir... 

Bütün bu deyilənləri nəzərə alan ağıllı dövlətlər çalışırlar ki, Türk dünyasıyla münasibətdə olsunlar. ABŞ və bir sıra Avropa dövlətləri Türkiyə və Azərbaycanın yanında olmaq məqsədilə bu prosesə dəstək verməyə çalışırlar. Və Turanla qarşıdurmaya getmək onların maraqlarına cavab vermir. 

Düzdü, dediyiniz kimi, bəzi güclərin Türk dünyasına bufer zonası kimi baxması haqda bəzi nəzəriyyələr var. Amma bu o qədər də inandırıcı deyil.  Artıq Turan dünyası hansısa güclər üçün bir bufer zonası ola bilməz. Əvvəla, bu anlayış köhnəlmişdir, çünki dünya o qədər qloballaşıb ki, silahlar və texnologiya çox irəliləyib ki, belə bir zona öz əhəmiyyətini itirir. Həmçinin, Çin və Rusiya ilə Azərbaycanın arasında bir "bufer zonası" saxlamağa ehtiyac yoxdur, çünki bu yol, Şərqin və Qərbin birləşməsinə səbəb olacaqdır. Rusiya da Ukraynaya təcavüzü ilə bağlı ona qarşı təzyiqlər səbəbindən bir müddət kənarda qala bilər, amma yaxın gələcəkdə o da bu prosesin bir hissəsi olacaq.

Deyilənlər baxımından artıq Turanın kiminsə bufer zonası rolunda qalması mümkünsüzdür. Ağlı, düzgün siyaəsti olan hər bir ölkə bu prosesdən ən səmərəli şəkildə faydalanmağa çalışacaq. Məsələnin mahiyyəti bundan ibarətdir. Türk dünyasının gücü və birliyi, daha sağlam və sabit bir gələcəyə doğru yol açacaq. Qərb bunu anlayır və buna uyğun siyasət yeridir.

Hətta yüz ildən çox Türkiyə və Azərbaycana nifrət bəsləmiş  Ermənistanda da türk dünyası gerçəkliyini  anlayan xeyli qüvvə yaranıb. Son açıqlamalarında Ermənistan baş naziri Paşinyan dedi ki, əgər Azərbaycan bizim ərazini Zəngəzur dəhlizi və ya Turan yolu adlandırmaq istəyirlərsə, qoy adlandırsınlar- biz bu adlandırmaları qəbul edərək, öz maraqlarımızı qorumağa çalışmalıyıq, başqa çıxış yolumuz yoxdur. Erməni tərəfi artıq öz xülyalarından çəkilirsə və real mənafelərini anlamağa başlayırlarsa,  görün, o zaman Qərb bu mövzuda necə siyasət aparır. Sözsüz ki, Qərb daha praqmatik, öz mənfəətlərini güdən bir siyasət aparır. Belə  siyasət də onu tələb edir ki, güclənməkdə olan bu yeni güc mərkəzi ilə türk dünyası ilə birgə hərəkət etsinlər. Bununla da Qərb türk dünyası ölkələri ilə sərfəli iqtisadi və siyasi müqavilələr imzalaya və bu yolla öz maraqlarını təmin edə bilər. Rusiyanın, Çinlə eyni mövqedən çıxış edəcəyi gözlənilmir, çünki hər iki dövlətin maraqları müxtəlifdir. Hesab edirəm ki, Çin də Turan dünyası ilə yaxınlaşmaqdan ehtiyat etmir. Odur ki, Türk Dövlətləri Təşkilatı inamla yoluna davam etməlidir...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri