Arvadına xəyanət etməyən yeganə milyarder…
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub.
Gununsesi.info xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.
Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb.
Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, 27 illik həyat yoldaşı və xeyriyyəçilik sahəsində tərəfdaşı Melinda Frenç Qeytslə evli olarkən ona bir neçə dəfə xəyanət edən və Ceffri Epşteynlə dostluq edən Bill Qeyts, şirkətin əməkdaşı ilə münasibət qurduqdan sonra ilk həyat yoldaşı, Enn Vociski ilə boşanan “Google”un həmtəsisçisi Sergey Brin kimi iş adamları var.
Texnologiya sahəsində açıqlamaları ilə tez-tez gündəmə gələn amerikalı milyarder İlon Mask da bu müzakirələrdən kənarda qalmayıb və onun bir neçə dəfə ailə həyatı qurması və çox sayda övladının olması onu da “sadiq olmayan milyarderlər” siyahısına daxil edib.
Lakin Censen Huanqla bağlı qalmaqal fonunda adı müsbət cəhətdən çəkilən yeganə milyarder “Meta” şirkətinin baş direktoru Mark Zükerberqdir. Onun adı hazırda həyat yoldaşına xəyanət etməyən yeganə milyarder kimi hallanmağa başlayıb. 42 yaşlı iş adamı həyat yoldaşı Prissila Çana olan sevgisini bir neçə dəfə ictimai olaraq etiraf edib. Hətta həyat yoldaşının təxminən 2,1 metr hündürlüyündə heykəlini ucaldan Mark başqalarını da bu təşəbbüsə qoşulmağa çağırıb. Çan isə öz növbəsində bu illər ərzində Konqresdəki dinləmələr, məhkəmə çəkişmələri, eləcə də müxtəlif tədbirlərdə həyat yoldaşına dəstəyi ilə medianın diqqətində olub.
İki övladı olan cütlük 2012-ci ildə ailə həyatı qurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















