Icma.az
close
up
RU
Arvadını namaz üstündə öldürənə AĞIR CƏZA: bişirdiyi yeməkləri saxladığı qadınlara aparırmış...

Arvadını namaz üstündə öldürənə AĞIR CƏZA: bişirdiyi yeməkləri saxladığı qadınlara aparırmış...

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Samirə Məmmədova hadisə baş verən gün atasının qardaşına maşını verərək onu evdən göndərdiyini bildirib:

"Maşını verdi ki "Get, gəz". Anama əziyyət verirdi, döyürdü həmişə. Anam o qədər zülmə, döyülməyə baxmayaraq, bizə görə neçə dəfə evə qayıtmışdı. Saxladığı qadınlara ev tuturdu, onlarla xarici ölkələrə gəzməyə gedirdi. Anamın bişirdiyi yeməkləri onlara daşıyıb aparırdı. Qadınları evə gətirib anamı da döyərək onlara qulluq etməyə məcbur edirdi. Hadisə baş verən gün zəng vurub qonşuya deyib ki, "Lamiyəni öldürmüşəm, gəlib götürün". Hamı, öz qohumları da ona nifrət edirdi. Qardaşım uşaq olanda atam həbsxanaya girmişdi. O, artıq çıxanda qardaşımın 17 yaşı var idi. Anamı heç vaxt qardaşımın yanında vurmurdu, o, evdə olmayanda döyürdü. Qardaşımı da özü kimi etməyə çalışırdı".

Şahid Məhərrəm Məmmədov ifadəsində həmin günü atasının maşını ilə gəzməyə getdiyini bildirib:

"Evə axşam gəldim. Saat 11-12 radələrində evə qayıdanda anamın artıq həyatda olmadığını bildim".

Daha sonra dövlət ittihamçısı çıxış edərək R. Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa sürən müşavirədən sonra məhkəmə R. Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

İttihama əsasən təqsirləndirilən R. Məmmədov həyat yoldaşını mübahisə zəminində idman zamanı istifadə olunan beysbol çubuğu ilə döyərək qətlə yetirməkdə təqsirləndirilir.

Xatırladaq ki, 2025-ci ilin fevral ayının 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qılarkən küt alətlə qətlə yetirilib. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu ölkədən qaçıb. 

Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılıb.

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Ramil Məhərrəmov bu ilin martında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Fərqanə Novruzova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri