Icma.az
close
up
RU
Arxiyepiskopla bağlı video saxtadır : Müdafiə tərəfi günahkarın tapılmasını tələb edir

Arxiyepiskopla bağlı video saxtadır : Müdafiə tərəfi günahkarın tapılmasını tələb edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Arxiyepiskop Arşak Xaçatryan haqqında yayılmış intim xarakterli videonun saxta olduğunu isbatlayan kifayət qədər əsas var".

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan mətbuatına onun vəkili Arsen Babayan bildirib.

25 oktyabrda xüsusi yaradılmış "Telegram" kanalında arxiyepiskopun videoda göründüyü iddia edilən görüntülər yayılıb. Xaçatryan dərhal açıqlama verərək kadrların ona aid olmadığını, böhtan və uydurmalara reaksiya verməyəcəyini bildirdi.

Vəkilin sözlərinə görə, həmin videonun yayılması ilə bağlı Ermənistan İstintaq Komitəsində şəxsi həyata müdaxilə əlamətləri üzrə cinayət işi açılıb. Lakin arxiyepiskop videonun ona aid olmadığını dəfələrlə bəyan etdiyindən, müdafiə tərəfi hesab edir ki, burada şəxsi həyata müdaxilə faktından danışmağa əsas yoxdur. Babayan deyir ki, istintaq prosesi hakimiyyətin siyasi sifarişinə uyğun şəkildə aparılır və videonun gerçək olduğunu sübut etməyə yönəlib.

Müdafiə tərəfi tələb edir ki, istintaq əsas sualı araşdırsın: videonu kim saxtalaşdırıb və yayıb? Vəkil vurğulayır ki, bu cür materialların dövriyyəyə buraxılması arxiyepiskopa qarşı nifrət və düşmənçilik yaratmaq məqsədi daşıyır və bu, cinayət məsuliyyəti tələb edən əməldir.

Babayan həmçinin Xaçatryanın müxtəlif işlər üzrə şahid qismində dindirmədən imtina etdiyini bildirib. Buna səbəb istintaq orqanlarına inamsızlıq və prosesin qərəzli ola biləcəyi narahatlığıdır. Bu işlər arasında hətta 1999-cu ildə Katolikos I Qareginin zəhərlənməsi ilə bağlı iddialar da var.

Məqalənin sonunda qeyd olunur ki, Ermənistan hökuməti ilə Apostol kilsəsi arasında gərginlik son aylarda daha da artıb. Baş nazir Nikol Paşinyanın kilsə rəhbərliyini tənqid edən çıxışları, Katolikosun seçilmə qaydasına dövlət müdaxiləsini nəzərdə tutan təklifləri və kilsədaxili narazılıq yaradan addımlar vəziyyəti daha da gərginləşdirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri