Ermənistanın Müdafiə Nazirliyi təkzib verdi: “Azərbaycan tərəfi bizə atəş açmayıb”
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum olduğu kimi, artıq bir neçə gündür Ermənistan tərəfi sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Tribunainfo.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı mütəmadi açıqlamalar verib.
Nazirlik bəyan edib ki, Ermənistanın Zəngəzur vilayəti istiqamətindən ordumuzun mövqeləri atəşə tutulur və bunun məsuliyyəti İrəvanın üzərindədir.
Qeyd edək ki, Ermənistan tərəfi israrla atəş açmadıqlarını deməklə yanaşı, atəşkəsin guya, Azərbaycan tərəfindən pozulduğunu iddia edirdilər. Lakin dünən Ermənistan Müdafiə Nazirliyi verdiyi açıqlamasını təkzib edib. Nazirlik bildirib ki, Azərbaycan tərəfinin erməni kəndlərini atəşə tutması barədə xəbərlər yalandır.
Bunun ardından Ermənistanın müdafiə naziri Suren Papikyan da açıqlama verib və o, məlumatı təsdiqləyib. “Sərhəddəki atışmalar Ermənistan Respublikasına yönəlməyib. Bunlar təhlükə yaratmayan və bizdən açıqlama tələb etməyən hallardır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















