Icma.az
close
up
RU
Arzu olunandır ki... Səhər yeməyi yeyək, yeməyək?

Arzu olunandır ki... Səhər yeməyi yeyək, yeməyək?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Şəhər həyatından əvvəl insanlar kənd yerlərində gün isinənə qədər fiziki aktivliklə məşğul olurdular. Əkin, biçin, torpağın şumlanması ciddi enerji tələb edirdi. Kənd yerlərində hələ də səhər yeməyinə ciddi şəkildə üstünlük verilir. Vərdişlər buradan qaynaqlanır. Bir çox ölkələrdə də səhər və şam yeməyində toplaşmaq ənənə halını alıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti,qastroenteroloq Dr.Emin Məmmədov deyib.
"Səhər yeməyi tibbi baxımdan xüsusilə uşaqlar, yeniyetmələr, aktiv inkişaf dövrü keçirən şəxslərə olduqca vacibdir. Məktəb yaşında olan uşaq düzgün qidalamasa, dərsdə diqqət pozuntusu, diqqətin yayınması halı baş verə bilər. Uşaq və yeniyetmələrdə orqanizmin inkişafında səhər yeməyi əvəzsizdir. Səhər yeməyinin insanlara faydası ilə bağlı çox sayda araşdırmalar var".
Həkim bildirib ki, yetişkin insanlarda isə bu vərdişlər fərqli olur:
"Bəzi insanlar uşaqlıqdan vərdiş olmadığı üçün səhər yeməyi yeyə bilmirlər. Belə insanların səhər yeməyi yediyi zaman günboyu daha tez acdığını, fiziki aktivliyinin zəifləməsini müşahidə edirik. Biz həkim olaraq belə pasientlərə vərdişlərini dəyişməməyi tövsiyə edirik. Çünki yemək vərdişini dəyişmək yetkin insanlarda ciddi stress faktoruna çevrilir. Uşaqlıqdan bizə öyrədilən səhər şirinçay içmək vərdişi çox zərərlidir. Bunu hər kəs bilməlidir. Nənələrimiz, analarımız bilmirdi ki, gələcəyə diabet xəstələri yetişdirirlər. Səhər yeməyində xüsusilə süddən hazırlanan qidalar- şor, kəsmik, az miqdarda yağ, az miqdarda meyvə cemi və çay kifayət edir. Bunlar insana gün ərzində lazım olan enerjini təmin edir. Proteinlə zəngin olan yulaf sıyığı, banan, alma, ovuc miqdarında meyvə qurusu səhər yeməyinin əsasını təşkil etməlidir. Araşdırmalara görə, ürək-qan damar sistemi xəstəliklərinin, artıq çəkinin qarşısını almaq üçün səhər yeməyinin rolu önəmlidir. Heç bir insana gündə bir dəfə qidalanmaq qətiyyən tövsiyə olunmur. Bu, mədə-bağırsaq, öd daşı üçün ciddi stress halıdır. Arzu olunandır ki, gündə ən az 2 dəfə qida qəbul edilsin. Qidalar arasında 6-12 saat vaxt olmasına üstünlük vermək lazımdır. Ara yeməklərdə az kalorili qidalardan istifadə etmək, bol su içmək sağlam qalmağa kömək edə bilər".
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov səhərlər yemək yeməyə ehtiyac olmadığı barədə açıqlama verib. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri