AŞFnin vitseprezidenti: Şahmatçılarımızın dünya çempionatında uğur qazanacağına inanıram
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbirində qurumun vitse-prezidenti Faiq Həsənov deyib.
O, təşkil etdikləri yarışları xatırladıb:
"Azərbaycan çempionatları çox yüksək səviyyədə keçirilib. FIDE-nin 100 illiyinə həsr olunmuş yarış, həmçinin Vüqar Həşimovun xatirəsinə Şuşada keçirilən turnir çox yüksək səviyyədə baş tutdu".
AŞF rəsmisi gənclərə üstünlük verdiklərini vurğulayıb:
"Bu il gənc şahmatçıların millinin heyətinə daxil edilməsinə qərar verdik. Aydın Süleymanlını yığmaya cəlb etdik. Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















