Icma.az
close
up
RU
Asiya və Okeaniya ölkələrində metan tullantıları 1990 cı illə müqayisədə iki dəfəyə qədər artıb

Asiya və Okeaniya ölkələrində metan tullantıları 1990 cı illə müqayisədə iki dəfəyə qədər artıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Beynəlxalq iqlimşünaslar qrupu 1990–2023-cü illər ərzində ölkə səviyyəsində metan tullantılarını araşdıraraq belə qənaətə gəlib ki, inkişaf etmiş ölkələrdə bu tullantıların həcmi xeyli azalsa da, Asiya və Okeaniya dövlətlərində demək olar ki, iki dəfə artıb. Bu artımda əsas rolu beynəlxalq ticarət və kənd təsərrüfatı sektoru oynayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Birmingem Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Metan molekullarının atmosferdə ömrü çox qısadır, buna görə də tullantıların azaldılması iqlimə dərhal təsir göstərəcək. Əldə etdiyimiz nəticələr metan tullantılarına qarşı mübarizənin qlobal səviyyədə koordinasiyalı şəkildə aparılmasının zəruriliyini göstərir. Bu, xüsusilə tullantıların ən sürətlə artdığı inkişaf etməkdə olan ölkələrə aiddir”, – deyə Birmingem Universitetinin professoru Şan Yuyli bildirib.

Professor Şan Yuyli və həmkarları ilk dəfə metan tullantılarını ayrı-ayrı ölkələr səviyyəsində ən detallı şəkildə araşdırıblar. Onlar yalnız məhsul istehsalçılarının deyil, həm də istehlakçıların atmosferə buraxılan metana təsirini nəzərə alıblar. Alimlərin fikrincə, bu, beynəlxalq ticarətin və əmək bölgüsünün qlobal istiləşməyə təsirini qiymətləndirmək, həmçinin hər bir ölkənin rolunu daha ədalətli müəyyənləşdirmək üçün vacibdir.

Bu yanaşmaya əsaslanan alimlər 1990–2023-cü illərdə 164 ölkədə iqtisadiyyatın 120 sektorunda metan tullantıları ilə bağlı məlumat toplayıb və təhlil ediblər. Hesablamalar göstərib ki, bu müddət ərzində metan tullantılarının ümumi həcmi cəmi 9% artaraq illik 266 milyon tondan 292 milyon tona yüksəlib. Lakin tullantıların strukturu köklü şəkildə dəyişib.

Belə ki, 1990-cı ildə metanın əsas mənbəyi inkişaf etmiş ölkələr idi və onların payına 100 milyon ton (ümumi tullantıların 37%-i) düşürdü. 2023-cü ilə gəldikdə isə bu tullantılar 25% azalıb. Əvəzində, Asiya və Okeaniya ölkələrində, yəni dünyanın böyük bir hissəsinin yaşadığı regionda tullantılar 94% artaraq 87 milyon tondan 169 milyon tona çatıb. Şərqi Avropa və Mərkəzi Asiyanın qərb hissəsində isə adambaşına düşən tullantılar 1990-cı illə müqayisədə 59% yüksəlib.

İqlimşünasların fikrincə, bu nəticələr yalnız inkişaf etmiş ölkələrin iqtisadi artımı istixana qazı tullantılarından “ayırmağa” nail olduğunu göstərir. Onların qeyd etdiyinə görə, metan tullantılarının artımın göstəricisinin təqribən üçdə biri beynəlxalq ticarət, eləcə də gübrələrin istehsalı və istifadəsi ilə bağlıdır. Bu da inkişaf etməkdə olan ölkələrdə metan emissiyasının sürətlə yüksəlməsinə gətirib çıxarıb. Alimlər hesab edirlər ki, bu amil metan tullantılarına qarşı mübarizə tədbirlərinin hazırlanmasında nəzərə alınmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri