Icma.az
close
up
RU
AŞPA da həmin qərəzli layihəyə səs verən deputatların böyük əksəriyyəti Azərbaycanı və bölgəni tanımır

AŞPA da həmin qərəzli layihəyə səs verən deputatların böyük əksəriyyəti Azərbaycanı və bölgəni tanımır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Qarşıda ayın 27-si AŞPA-nın növbəti iclası olacaq. Azərbaycan isə iştirak etməyəcək. AŞPA Azərbaycana qarşı qeyri-obyektiv qərarlar vermişdi. Bu gün Bakı qarşı tərəfdən addım gözləyir və qoyulan sanksiyanın ləğvini tələb edir.

Milli Məclisin deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa institutları bir növ xristian klubuna dönüb: “Həm Avropa Şurası Parlament Assambleyası, həm Avropa İttifaqı, Avropa Parlamenti özlərinin yürütdüyü xarici siyasətdə bunu açıq-aşkar biruzə verirlər. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti keçən ilin yanvar ayından Azərbaycan nümayəndə heyətinin istefası səbəbilə dondurulub. Burada əsas nüans Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qeyri-obyektiv qərarlar qəbul etməsilə bağlı olub”.

Vüqar İskəndərov

Deputat qeyd edib ki, bütün bu qərarlarda açıq-aydın qərəz və "ağa qara demək" olub.

“Həmin dövrə qədər Azərbaycan nümayəndə heyəti çox fəal fəaliyyət göstərib. AŞPA-nın inkişafında və onun qəbul etdiyi qanunlarda, qərarlarda, aktlarda Azərbaycan nümayəndə heyəti çox fəallıq nümayiş etdirib. Ölkəmizin və bölgəmizin mənafeyilə bağlı, ümumiyyətlə Avropa ilə bağlı vacib qanunların qəbul edilməsində azərbaycanlı təmsilçilər həmişə aktivlik nümayiş etdiriblər. Təəssüflər olsun ki, AŞPA-Azərbaycan nümayəndə heyətinin bəyanatından sonra, onlara göstərilən təzyiqlər və qeyri-qanuni, əsassız iddialar və qərarların qəbul edilməsinə etirazlarını bildirərkən, bunun müvəqqəti olacağını bilirdilər. Çünki bütün bu məsələlərin kökündə qərəz dayanırdı. Azərbaycanın mənafeyi, Azərbaycan dövlətinin milli maraqlarına söykənən siyasətinə öz qərəzini bildirən Avropa parlamentariləri və AŞPA-nın həmin qərəzli layihəyə səs verən deputatların böyük əksəriyyəti Azərbaycanı, bu bölgəni tanımır. Onlar siyasi oyunlara alət kimi, dirijor çubuğu kimi yarıtmaz fəaliyyətlərini nümayiş etdirdilər. Azərbaycan tərəfi haqlı olaraq, belə qərəzli bir qurumda fəaliyyət göstərə bilməzdilər”-deyə Vüqar İsgəndərov vurğulayıb.

Vüqar İskəndərov qeyd edib ki, yanvarın 27-də AŞPA-nın növbəti iclası keçiriləcək.

“Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmkarım Səməd Seyidov bununla bağlı fikirlərini söyləyib. Hələlik heç bir dəyişiklik yoxdur. Azərbaycanın dəvət olunması və 2024-cü ildə qəbul olunmuş qərarlar, qanunlar hər biri öz qanuni qüvvəsini itirməli, onun əsassız olduğu bildirilməli və Azərbaycan tərəfi rəsmi AŞPA-nın iclasına dəvət edilməlidir. Bütün qeyd etdiyimiz nüanslar hələlik mövcud deyil. Bu səbəbdən Azərbaycan nümayəndə heyəti AŞPA-da təmsil olunmayacaq. Təbii olaraq, əgər hansısa fraksiyalar və deputatlar Azərbaycan nümayəndə heyətinin bu dəfəki iclaslarda iştirakını, təmsilçiliyi məsələsini qaldırsalar müzakirələr ola bilər. Əsasən burada siyasi qərarın verilməsi vacibdir. AŞPA bu siyasi iradəni göstərməlidir, Azərbaycana münasibətdə haqsız mövqeyini bildirməlidir və rəsmi olaraq Azərbaycanı AŞPA-ya dəvət etməlidir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri