Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniya Silahlı Qüvvələri süni intellekt texnologiyaları ilə təchiz edilmiş CA-1 adlı avtonom robot-aşpazı sınaqdan keçirir.
Bizim.Media xəbər verir ki, layihə çərçivəsində hazırda təxminən 900 hərbçi robotlaşdırılmış mətbəxdə yemək sifariş edə bilir.
Münhendə yerləşən “Circus Group” şirkətinin hazırladığı CA-1 robotunun sınaqları apreldən başlayıb. Şirkətin təsisçisi və baş direktoru bildirib ki, sistem təxminən 7 kvadratmetr sahəni əhatə edən tam avtomatlaşdırılmış mətbəxdən ibarətdir.
Mətbəxdəki iki robot qolu təxminən 30 müxtəlif bölmədə saxlanılan ərzaqları götürərək fırlanan bişirmə qablarına yerləşdirir.
Sensorlar yemək hazırlanması prosesini izləyir. Sistem ənənəvi yemək bişirmə zamanı insan təcrübəsi və nəzarəti tələb edən işləri avtomatlaşdırmaq üçün nəzərdə tutulub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















