Icma.az
close
up
RU
Aspirin xərçəngə necə dur deyir?

Aspirin xərçəngə necə dur deyir?

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kembric Universitetinin alimləri heyvanlar üzərində araşdırma aparıblar


Dünyada ən çox istifadə edilən ağrıkəsicilərdən biri olan aspirinin xərçəngin yayılmasını dayandırma potensialına malik olub-olmadığı elm aləmində müzakirə edilir. Kembric Universitetinin alimləri heyvanlar üzərində apardıqları təcrübələrdə müşahidə ediblər ki, aspirin immunitet sistemini gücləndirərək xərçənglə mübarizə qabiliyyətini artıra bilər. Bundan əlavə, tədqiqat aspirinin müxtəlif xərçəng növlərində təsirli ola biləcəyini ortaya qoydu. 

Bəs, qızdırma salan və ağrıkəsici kimi tanıdığımız aspirin həqiqətən xərçənglə mübarizə apara bilərmi? “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu suala qastroenteroloq professor Vedat Göral aydınlıq gətirib. V.Göral bildirib ki, aspirin və xərçəng arasındakı əlaqə uzun illərdir tədqiq edilir. Kembric Universitetinin tədqiqatçıları bu yaxınlarda aspirinin immunitet sistemini aktivləşdirərək bəzi xərçəng növlərinin metastazını necə azalda biləcəyini açıqlayıblar. Alimlər aşkar ediblər ki, metastaz edən xərçəng hüceyrələri immunosupressiv mikromühitdən uzaq olduqda daha həssas olurlar. Bu, immun sistemini aktivləşdirən anti-metastatik müalicələr üçün böyük bir fürsət təqdim edir. Burada aspirin işə düşür. Əvvəlki tədqiqatlar aşağı dozalı aspirin istifadəsinin döş, prostat və kolon xərçənglərində metastazı azalda biləcəyini göstərsə də, bunun işləmə mexanizmi tam olaraq başa düşülməyib. Kembric Universitetinin Xərçəng İmmunologiyası professoru Rahul Roychoudhuri və komandası bu suala cavab tapmağa çalışıb. "Təəccüblüdür ki, biz aspirinin immun sisteminin metastatik xərçəng hüceyrələrini tanımasını və öldürməsini asanlaşdırdığını kəşf etdik" deyən R.Roychoudhuri, apardıqları araşdırmada immunitet sisteminin ən əhəmiyyətli döyüşçüləri olan T hüceyrələrinin metastatik xərçəng hüceyrələrini məhv edə bildiklərini, lakin bir maneə ilə qarşılaşdıqlarını ifadə edib. Bu maneə, əslində, qanımızda laxtalanmağı təmin edən trombositlərdir. Trombositlər T hüceyrələrini sıxışdıraraq, xərçəng hüceyrələrini məhv etməyi çətinləşdirir. Aspirin trombositləri parçalayaraq bu təzyiqi aradan qaldırır, T hüceyrələrinə xərçəng hüceyrələrini daha effektiv şəkildə ovlamağa imkan verir. Bu mühüm kəşf, aspirinin erkən diaqnoz qoyulan xərçənglərdə daha təsirli ola biləcəyini və immunitet sisteminə, xüsusən də əməliyyatdan sonra bütün bədənə yayılmış xərçəng hüceyrələrini aşkar etməyə kömək edə biləcəyini göstərir. Ancaq hələlik bu tapıntılar yalnız heyvanlar üzərində aparılan tədqiqatlarda təsdiqlənib.

Alimlər bildirir ki, aspirinin həqiqətən xərçənglə mübarizədə silah olub-olmadığını müəyyən etmək üçün daha çox klinik araşdırmaya ehtiyac var. İnsanlar üzərində gələcək tədqiqatlar aspirinin xərçəngin müalicəsində rolunu aydınlaşdıra bilər. Professor Göral qeyd edib ki, bu həyəcanverici tapıntılara baxmayaraq, xərçəng xəstələri dərhal aspirinə müraciət etməməlidir. Unutmaq olmaz ki, aspirindən müntəzəm istifadə daxili qanaxma və insult kimi ciddi yan təsirlərə səbəb ola bilər. Həmçinin bu təsirin bütün xərçəng növləri üçün, yoxsa yalnız müəyyən növlər üçün keçərli olduğu hələ aydın deyil. O qeyd edib ki, aspirin tox qarnına qəbul edilməlidir. "Tədqiqatçılar xəbərdarlıq edir ki, aspirinin yan təsirləri ola bilər və hər kəs üçün uyğun olmaya bilər. Ümumiyyətlə, aspirin mədə və ya bağırsaqda qıcıqlanma, ürək bulanması və həzmsizlik yarada bilər. İnsanların kiçik bir hissəsində aspirin qanaxma və ya mədə xorası kimi ciddi yan təsirlərə səbəb ola bilər. Ona görə də xərçəng xəstəliyindən əziyyət çəkən və döyüşməyə başlamazdan əvvəl hansı həkimin daha çox faydası olduğunu anlamaq vacibdir". Bununla belə, professor hesab edir ki, tamamilə aspirinə təslim olmaq düzgün deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri