Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Aşqabad yeni bir mövqeyə yüksəlmək ərəfəsindədir

Aşqabad yeni bir mövqeyə yüksəlmək ərəfəsindədir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Türkmənistan öz neytrallığının 30-cu ildönümünü qeyd etməyə hazırlaşır. Artıq bir müddətdir Aşqabadda bu günü xüsusi təntənə ilə qeyd etmək üçün gərgin iş aparılır. Şəhərin müxtəlif hissələrində briqadalar paytaxtı bu özəl günə hazırlayır. Konfrans və iclas zallarında isə rəsmilər keçirilən protokol tədbirlərinin qüsursuz icrası üçün ciddi çalışma içindədirlər.Dekabrın 4-dən etibarən mən də bu prosesin canlı müşahidəçisiyəm.
Türkmənistan üçün neytrallıq nədir?
Türkmənistan üçün neytrallıq sadəcə xarici siyasət kursu deyil, ümumilikdə xalqın milli kimliyindən irəli gələn fəlsəfi bir anlayışdır. Türkmənistanın neytrallığının əsası 1995-ci ildə, müstəqilliyin ən kövrək dövründə qoyulub. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən ölkələr kifayət qədər həssas vəziyyətdə idi və bu yeni dövlətlər mövcudluğunu müxtəlif vasitələrlə təmin etməyə çalışırdı. Türkmənistanın yerləşdiyi coğrafi mövqe və qonşuluğunda baş verən geosiyasi proseslər yeni müstəqillik əldə edən ölkəni ciddi risklərlə üz-üzə qoyurdu.
Otuz il keçdikdən sonra ötən dövrə baxdıqda aydın görünür ki, məhz o zaman neytrallıq statusunun elan edilməsi ölkənin mövcudiyyətinin əsas təminatçısı olub.
30 il ərzində Türkmənistan ordusunun əsas funksiyası ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsindən ibarətdir. Rəsmi #Aşqabad heç bir ölkəyə və hərbi bloka qarşı siyasət həyata keçirmir. Eyni zamanda yerləşdiyi həssas coğrafi mövqedə Türkmənistan regional və beynəlxalq əməkdaşlıqdan da özünü təcrid etmir. Əksinə, neytrallıq Türkmənistana öz iqtisadi potensialını daha aktiv reallaşdırmaq üçün əlavə imkanlar yaradır. Ölkə enerji resurslarını daha çoxşaxəli şəkildə iqtisadi tərəfdaşları ilə bölüşə bilir və buna görə təzyiqlərlə üzləşmir və yaxud minimallaşdırır.
#Azərbaycan-Türkmənistan münasibətləri yeni çağırışlar fonunda
Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Azərbaycan–Türkmənistan münasibətləri də özünün yeni mərhələsinə qədəm qoydu. Xüsusilə də 2025-ci il bu əlaqələrə tamamilə yeni bir rəng qatdı. Tarixən Oğuz türkləri hesab edilən azərbaycanlılar və türkmənlər bu gün Prezident İlham Əliyev və Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun səyləri ilə öz köklərinə yenidən qayıtmış oldular. Türkmənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa edilməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də dərin mənəvi əhəmiyyət kəsb etdiyini göstərir.
Aydın məsələdir ki, əlaqələrin siyasi və mənəvi dərinliyi iki ölkə arasında iqtisadi sahədə münasibətlərin genişləndirilməsi üçün də yeni perspektivlər açır. Prezident İlham Əliyevin türkmənistanlı həmkarına, Azərbaycanın Mərkəzi Asiya birliyinə qoşulmaq təşəbbüsünə göstərilən dəstəyə görə ünvanladığı təşəkkür məktubunun ümumi tonundan da görünür ki, rəsmi #Bakı #Qafqaz regionunda yerləşsə də, Mərkəzi Asiya ilə ortaq tarix və mədəni əlaqələr əsasında formalaşan münasibətləri yeni formatda strateji müttəfiqlik səviyyəsinə yüksəltməkdə maraqlıdır. Bu kontekstdə rəsmi Aşqabadla əlaqələr xüsusi əhəmiyyət daşıyır.
Yeni iqtisadi şaxələnmə
Yaxın müddətdə iqtisadiyyat, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə yeni iki və çoxtərəfli layihələrin gündəmə gələcəyi gözlənilir. Xüsusilə #Özbəkistan–Türkmənistan–Azərbaycan xətti üzrə yeni nəqliyyat dəhlizinin formalaşdırılması geniş şəkildə müzakirə olunur. Eyni zamanda Türkmənistan və Özbəkistan arasında sərhədyanı ərazidə azad ticarət zonasının yaradılması ilə bağlı əldə edilən razılaşma Azərbaycan üçün də yeni imkanlar açır. Bu, Azərbaycan istehsalçılarına həmin ərazidə həm Türkmənistan, həm də Özbəkistanla daha rahat ticarət aparmaq imkanı verir ki, bu da ixracın genişlənməsi deməkdir. Tərəflər milli maraqlarını uzlaşdırmaqla birlikdə irəliləmək üçün unikal bir şans əldə edirlər.
Türkmənistan üçün Azərbaycan Avropaya, Azərbaycan üçün isə Türkmənistan Mərkəzi Asiyaya əsas çıxış qapısı hesab edilə bilər. Statistik göstəricilər də Azərbaycan–Türkmənistan əlaqələrinin böyük iqtisadi potensiala malik olduğunu təsdiqləyir. #BMT-nin hesablamalarına görə Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir: burada əhalinin orta yaşı 28,7-dir. Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ildə daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq. Bütün bunlar, Mərkəzi Asiyanın digər ölkələri kimi, Türkmənistanı da insan resursları baxımından digər regionlarla müqayisədə daha üstün edir.
Türkmənistanın pozitiv xarakter daşıyan neytrallığı və əhalinin gənc olması ölkəni Mərkəzi Asiyanın İsveçrəsi olmasına şərait yaradır. Əgər Avropada əsas neytral masa İsveçrədə, Yaxın Şərqdə Dubayda qurulursa, Mərkəzi Asiyada isə bu rol Türkmənistanın üzərinə düşə bilər.
Beləliklə, Mərkəzi Asiyanın artan iqtisadi potensialı fonunda rəsmi Aşqabad yeni bir mövqeyə yüksəlmək ərəfəsindədir. Əgər 30 il öncə neytrallığın başlıca məqsədi ölkənin müstəqilliyini qorumaq və möhkəmləndirmək idisə, yeni mərhələdə Türkmənistanın neytrallığı ona regionun iqtisadi dirçəlişindən əhəmiyyətli pay almağa imkan verəcək. Ehtimal etmək olar ki, dövlətlərarası iqtisadi maraq toqquşmaları Türkmənistanda uzlaşdırıla biləcək. Qlobal geosiyasi proseslər fonunda görünən odur ki, rəsmi Aşqabad artıq Avropa ilə Asiya arasında sadəcə tranzit məntəqəsi deyil, özlüyündə regional aktor kimi çıxış etməyə hazırdır.
Aqil Məmmədov, siyasi ekspert
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri