Icma.az
close
up
RU
Astana GFCI qlobal reytinqində 8 pillə irəliləyib

Astana GFCI qlobal reytinqində 8 pillə irəliləyib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Global Financial Centres Index”in 40-cı buraxılışında Qazaxıstanın paytaxtı Astana dünyanın 117 maliyyə mərkəzi arasında 57-ci yeri tutub. 

525.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Astananın reytinq göstəricisi 18 bal artaraq 684-dən 702-yə yüksəlib.

Paytaxt beynəlxalq maliyyə mərkəzləri reytinqi olan Global Financial Centres Index 40 (GFCI 40) siyahısında mövqeyini yaxşılaşdıraraq səkkiz pillə irəliləyib 65-ci yerdən 57-ci yerə yüksəlib. Astana üç ildən artıqdır qoruduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda liderliyini də saxlayıb.
Regional reytinqdə Astanadan sonra dünya üzrə 72-ci yeri tutan Kipr və 78-ci pillədə qərarlaşan Varşava gəlir. Astana ilə region üzrə ən yaxın rəqibi arasındakı fərq 15 pillə təşkil edib.

Astananın yüksəlişi Şərqi Avropa və Mərkəzi Asiyanın maliyyə mərkəzlərinin orta reytinq göstəricisinin 1,09 faiz azalması fonunda baş verib. Bununla belə, indeksin tərtibçiləri qeyd edirlər ki, regionun aparıcı maliyyə mərkəzləri öz mövqelərini möhkəmləndirməkdə davam ediblər.
Astana, həmçinin tədqiqat iştirakçılarının fikrincə, qarşıdakı iki-üç il ərzində qlobal maliyyə sistemində daha mühüm rol oynayacaq maliyyə mərkəzlərinin ilk onluğuna daxil olub. Qazaxıstanın paytaxtı müvafiq siyahıda doqquzuncu yeri tutub və respondentlər tərəfindən 45 dəfə qeyd olunub.

Bundan əlavə, maliyyə texnologiyalarının inkişafı üzrə ayrıca reytinqdə Astana dörd pillə irəliləyərək 55-ci yerdən 51-ci yerə yüksəlib.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin idarəedici direktoru Renat Bekturov bildirib ki, şəhərin birdən-birə səkkiz pillə irəliləməsi və regionda liderliyini qoruyub saxlaması beynəlxalq maliyyə ictimaiyyətinin Astana Beynəlxalq Maliyyə Mərkəzinə və Qazaxıstana artan etimadının mühüm göstəricisidir: “Reytinqdə yer tutmaq bizim üçün məqsəd deyil, ardıcıl şəkildə həyata keçirdiyimiz işin müstəqil qiymətləndirilməsidir. Biz hüquqi və tənzimləyici mühiti təkmilləşdirir, kapital bazarlarını və maliyyə texnologiyalarını inkişaf etdirir, beynəlxalq əlaqələri genişləndiririk. Məqsədimiz ondan ibarətdir ki, bu irəliləyiş yalnız Astananın dünya maliyyə mərkəzləri arasında tutduğu mövqedə deyil, ilk növbədə yeni investisiyalarda, beynəlxalq şirkətlərdə və Qazaxıstan biznesi üçün yaranan imkanlarda öz əksini tapsın”.

GFCI 40 çərçivəsində 139 maliyyə mərkəzi araşdırılıb və onlardan 117-si əsas reytinqə daxil edilib. Reytinq Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Birləşmiş Millətlər Təşkilatı (BMT)da daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən təqdim edilən 144 kəmiyyət göstəricisi, həmçinin maliyyə sektorunun 6 147 mütəxəssisindən alınan 39 531 qiymətləndirmə əsasında formalaşdırılıb.

Araşdırma iştirakçıları, həmçinin maliyyə mərkəzlərinin qarşıdakı beş il ərzində diqqət yetirməli olduğu prioritet istiqamətləri müəyyənləşdiriblər. Bunlara bulud texnologiyaları, məlumatların ötürülməsi və kiberdavamlılıq da daxil olmaqla rəqəmsal infrastrukturun inkişafı; fintech şirkətlərinin və rəqəmsal aktivlər sahəsində fəaliyyət göstərən bizneslərin cəlb edilməsi; çirkli pulların yuyulmasına və maliyyə cinayətlərinə qarşı mübarizə sistemlərinin gücləndirilməsi; kapital bazarlarının daha da dərinləşdirilməsi daxildir.

Qlobal reytinqdə ilk yeri Nyu-York qoruyub saxlayıb. Sonrakı yerlərdə London, Honq Konq və Sinqapur qərarlaşıb. İlk onluğa, həmçinin Şanxay, Tokio, Seul, Şençjen, Dubay və Sürix daxil olub. GFCI reytinqi ildə iki dəfə dərc olunur və maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi üzrə əsas beynəlxalq göstəricilərdən biri hesab olunur. Tədqiqat Britaniyanın Z/Yen Group analitik mərkəzi tərəfindən China Development Institute (CDI) ilə birgə hazırlanır. İndeks tərtib edilərkən maliyyə mərkəzlərinin biznes mühiti, maliyyə sektorunun inkişafı, infrastruktur, insan kapitalı və nüfuzu qiymətləndirilir.

Astana ilk dəfə 2018-ci ilin martında GFCI reytinqinə daxil olub, 2023-cü ilin martında isə Şərqi Avropa və Mərkəzi Asiya regionunda lider olub.
Şəhərin mövqeyinin möhkəmlənməsində Astana Beynəlxalq Maliyyə Mərkəzi mühüm rol oynayır. Mərkəz hüquqi və tənzimləyici mühiti, maliyyə infrastrukturunu, kapital və rəqəmsal aktivlər bazarlarını inkişaf etdirir, həmçinin beynəlxalq və regional investorlar üçün imkanları genişləndirir.
Mərkəz Astananın investisiyaların cəlb edilməsi, kapitalın hərəkəti və transsərhəd layihələrin həyata keçirilməsi üçün regional platforma kimi rolunu daha da möhkəmləndirməkdə davam edir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri