Astanada 600 dən çox uşaq nadir fotomozaika portreti yaradıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 5 may, AZƏRTAC
Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi və müharibə qəhrəmanı Baurjan Momışulun anadan olmasının 115-ci ildönümü münasibətilə nəhəng fotomozaika portreti yaradılıb.
AZƏRTAC Qazaxıstan paytaxtının icra orqanının mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bu nadir portretin yaradılması prosesində rəssamlıq dərnəklərinin 600-dən çox azyaşlı üzvü iştirak edib.
Müharibə qəhrəmanının nəhəng təsviri uşaqların yüzlərlə əl işindən tərtib edilib və 2736 kvadratmetr sahəni əhatə edir.
Bu layihənin Ginnesin Rekordlar Kitabında qeydiyyata alınması üçün müraciət edilib. Rəsmi təsdiqdən sonra bütün iştirakçılar müvafiq adlı sertifikatlar və medallar alacaq, onların adları isə xüsusi kitaba daxil ediləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















