Aşura günü toplanan qan nümunələri qan ehtiyatına daxil edilib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Aşura günü münasibətilə keçirilən qanvermə aksiyaları çərçivəsində toplanmış bütün qan nümunələri Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-Diaqnostik Laboratoriyasında milli və beynəlxalq standartlara uyğun olaraq müasir laborator üsullarla müayinədən keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, laborator müayinələrinin nəticələrinə əsasən, transmissiv infeksiyalar və digər müəyyən edilmiş göstəricilər üzrə mənfi (neqativ) nəticə əldə olunan qan və qan komponentləri tədarük edilərək qan ehtiyatlarına daxil edilib və klinik istifadəyə yararlı hesab olunub.
Qeyd olunub ki, müayinələr zamanı təhlükəsizlik meyarlarına cavab verməyən nümunələr isə qüvvədə olan tibbi norma və prosedurlara uyğun olaraq dövriyyədən çıxarılıb və utilizasiya edilib.
"Qan donorunun və qan resipiyentinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər bir qan vahidi fərdi qaydada qiymətləndirilir. Bu səbəbdən yalnız bütün laborator və keyfiyyət nəzarəti mərhələlərini uğurla keçən qan və qan komponentləri tibbi istifadə üçün buraxılır", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 01 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















