“Ata çağırılır əsgərliyə, iki uşaq qalır anası ilə evdə” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı”.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Nəzərə alaq ki, bir şəxsin 2 övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. Valideyn çağırılır hərbi xidmətə, iki uşaq anası ilə evdə qalır. Ola bilər, uşaqların anası işləyir və ya işləmir.
Hesab edirəm ki, bu məsələyə gələcəkdə baxılmalıdır. Bunun mənəvi tərəfi də var. Hamı üçün şərəfdir ki, valideyni hərbi xidmət keçsin. Amma iki uşaq 18 ay öz atasını görmür. Belə olan halda həmin uşağın böyüməsində gələcəkdə müəyyən problemlər yarana bilər. Bunların sayı elə də çox deyil. Gələcəkdə buna diqqət etməliyik. Üç uşaq məsələsini iki uşağa endirsək, daha məqsədəuyğun olar”, - deyə S.Novruzov bildirib.
Millət vəkili qeyd edib ki, həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 30-a endirilməsi təqdirəlayiqdir: "35 yaşında ancaq həvəskarlar, istəyənlər xidmət edə bilər. 18 yaşındakı çağırışçı ilə 35 yaşında olan çağırışçının eyni zamanda xidmət keçməsi hərbi nizamnaməyə uyğun gələn prosedur deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















