Icma.az
close
up
RU
“Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı seminar İsmayıllıda keçirilib FOTOLAR

“Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı seminar İsmayıllıda keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə çərçivəsində 23 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminarın  1-ci gününü təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.

Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdən ibarətdir.

Birlikdən verilən  məlumata görə, nəticə etibarilə layihənin icrası zamanı əsas hədəf olaraq qızların özünə inamlı, müstəqil və məsuliyyətli fərdlər kimi inkişafları, onların ailə içində öz fikirlərini ifadə etməyəi, ataları ilə sağlam və müzakirələrə əsaslanan münasibətlər qurmağa başlayacaqları, təhsil və karyera sahəsində daha cəsarətli qərarlar alacaqları durur. Bu hədəfə nail olmaq üçün ailədə ümumi dinamik dəyişikliklər baş verəcəyinin ön plana çəkilməsi, ailədə daha çox qarşılıqlı dəstək və anlaşma şəraitinin yaradılmasının təmin edilməsi layihənin əsas məlumatlandırma xarakterini səciyyələndirir. Ailə üzvləri arasında təhsilə, karyeraya və şəxsi inkişaf sahələrində müzakirələrin artırılması, ailəiçi münaqişələrin azalması seminarın məlumatlandırma hissəsinin əsasını təşkil edib.

Seminarın ilk günündə layihə rəhbəri Nailə İsmayılova seminar iştirakçılarını salamlayaraq onlara layihə haqqında ətraflı məlumat verib. Layihə üzrə hüquqşünas Fariz Əkbərov qanunvericiliyin valideynlər qaşısında qoyduğu vəzifə və öhdəliklər barəsində məlumat verərək əsas məqamları onların diqqətinə çatdırıb.  Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva öz çıxışlarında ailələrlə aparılan işlərdən və rayon ərazisində yaşayan ailələrlə aparılan işlərdən bəhs edibər.

Seminar zamanı yuxarıda qeyd olunan bütün detallar müzakirə olunaraq, əsas diqqət  gənc qızlar və atalar arasındakı ata-qız sosial-emosional münasibətlərinə yönləndirilib. Müzakirələr zamanı seminarın təşkil olunduğu müzakirələr zamanı duyğulu anlar yaşanıb. Belə ki, yanaşı oturan atalar qızları arasında yaşanan emosonal münasibətlərin ən gözəl hissləri elə iştirakçıların gözü qarşısında yaşanıb. Yeniyetmə qızlardan biri atasına sarılaraq onu nə qədər çox sevdiyini davranışı ilə göstərərək göz yaşlarına qərq olub. Ata da buna cavab olaraq qızını sinəsinə çəkərək bu ata-bala sevgisinin qarşılıqlı olduğunu dili ilə ifadə edib. Tədbir iştirakçıları bu səhnə qarşısında öz keçirdikləri hissləri göz yaşlarına boğularaq biruzə veriblər.

Duyğulu anlardan sonra müzakirələr çay süfrəsi ətrafında diskusiyalarla davam edib. Seminarın ilk günü uğurla başa çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see121

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

08 Noyabr 2025 21:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri