Deputat: WUF13 ün Azərbaycanda təşkil olunması ölkəmizin şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması böyük əhəmiyyət kəsb edən mühüm qərardır. Həmin təşəbbüs ölkəmizin şəhərsalma sahəsində strateji inkişafına verilən yüksək önəmin təzahürüdür və gələcək nəsillər üçün daha müasir, komfortlu və davamlı yaşayış mühitlərinin yaradılmasına zəmin hazırlayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan həm regionda, həm də dünya miqyasında şəhərsalma və memarlıq sahəsində nümunəvi təcrübələrə imza atır. Həmin istiqamətdə ölkəmizdə aparılan islahatlar, abadlıq-quruculuq işləri və memarlıq incilərimizin qorunub saxlanması böyük önəm daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində abidələrimizin bərpası və qorunması milli irsimizin yaşadılması üçün vacib addımlardandır.
“2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda təşkil olunması isə ölkəmizin şəhərsalma sahəsində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu forum dünya şəhərsalma trendlərinin, innovativ həllərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli platforma olacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan şəhərsalma və memarlıq sahəsində davamlı inkişaf yolunu seçərək həm tarixi-mədəni irsimizi qoruyur, həm də gələcək üçün müasir şəhər mühiti yaradır. Tədbirin ölkəmizin gələcəyi üçün uğurlu və faydalı olacağına əminliklə inanıram”, - deyə F.Yıldırım bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















