Icma.az
close
up
RU
Azərbaycan Albaniya münasibətləri multikultural dəyərlər üzərində qurulan strateji tərəfdaşlığa əsaslanır MÜSAHİBƏ

Azərbaycan Albaniya münasibətləri multikultural dəyərlər üzərində qurulan strateji tərəfdaşlığa əsaslanır MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 dekabr, Günel Türksoy, AZƏRTAC

Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü, akademik Arben Ramkaj AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycan-Albaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Akademik, eyni zamanda, Azərbaycanın multikultural dəyərlərin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində dövlət səviyyəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü təşəbbüslərin beynəlxalq müstəvidə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan tolerant ölkə kimi dünyada tanınır. Multikultural dəyərlərin qorunması və təşviqi istiqamətində Azərbaycanda görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycan bu gün multikulturalizm və dinlərarası birgə yaşayışın təşviqi sahəsində həm regionda həm də qlobal miqyasda nümunəvi mövqeyə malikdir. Bu uğur Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl strateji baxışının məntiqi nəticəsidir. Məhz bu liderlik sayəsində Azərbaycan müasir mədəni diplomatiyanın aparıcı rol oynayan ölkələrdən birinə çevrilib.

Müsəlman, xristian və yəhudi icmalarının sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşaması Azərbaycanda əsrlər boyu formalaşmış tarixi ənənədir. Bu model bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və sistemli şəkildə inkişaf etdirilir. Dini və mədəni irs abidələrinin bərpasına, dini icmaların institusional gücləndirilməsinə, mədəniyyətlərarası dialoqun təşviqinə və tolerantlıq mövzusunda qlobal platformaların yaradılmasına dövlət tərəfindən məqsədyönlü və davamlı investisiyalar həyata keçirilir. Nəticə etibarilə Azərbaycan müxtəlifliyin qarşıdurma deyil, əksinə qarşılıqlı anlaşma və sülh üçün güclü vasitə ola biləcəyini sübut edən ilhamverici beynəlxalq model kimi qəbul olunur.

- Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş dövlət səviyyəli təşəbbüsləri necə dəyərləndirirsiniz?

- Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində çevik, davamlı və səmərəli institusional mexanizmlər formalaşdırıb. Bu sahədə aparıcı qurumlardan biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Mərkəz Rəvan Həsənovun rəhbərliyi altında qısa müddət ərzində mədəni diplomatiya sahəsində beynəlxalq etimad qazanan nüfuzlu mərkəzə çevrilib. Mərkəzin təşəbbüsü ilə Asiya, Afrika, Avropa, Amerika Birləşmiş Ştatları və digər regionlarda aparıcı akademik qurumlar mədəniyyət institutları və beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıq şəbəkələri yaradılıb. Bu əməkdaşlıqlar Azərbaycanı qlobal dialoqun təşviqində ən fəal və etibarlı tərəfdaşlardan biri kimi mövqeləndirib. Tolerantlığın paytaxtı kimi tanınan Bakıda mütəmadi keçirilən beynəlxalq forumlar şəhəri sülh içində birgəyaşayışın praktik modelinin tətbiq edildiyi canlı platformaya çevirib. Bu tədbirlərin bir neçəsində iştirak etmiş şəxs kimi əminliklə deyə bilərəm ki, Azərbaycan beynəlxalq müstəvidə sülh mədəniyyətinin və dinlərarası harmoniyanın real və uğurlu nümunəsi kimi təqdim olunur.

- Bu sahədə Azərbaycanın Albaniya ilə əməkdaşlığını və ölkəmizin verə biləcəyi töhfələri necə qiymətləndirirsiniz?

- Albaniya Qərbi Balkanlar və Cənub Şərqi Avropa regionunda mühüm geosiyasi və strateji əhəmiyyətə malik ölkədir. O, NATO nun tam hüquqlu üzvü, İslam Əməkdaşlıq Təşkilatının fəal iştirakçısı, Frankofoniya məkanının bir hissəsi, Aralıq dənizi təşəbbüslərində etibarlı tərəfdaş və Avropa İttifaqına üzvlük yolunda ardıcıl islahatlar aparan ciddi namizəddir. Eyni zamanda, Albaniya beynəlxalq sülh və təhlükəsizlik missiyalarında, o cümlədən terrorizmə qarşı qlobal koalisiyada fəal iştirak edir. Bu çoxşaxəli beynəlxalq mövqe Albaniyanı Şərq və Qərb arasında unikal mədəni və diplomatik körpüyə çevirir. Məhz bu baxımdan Azərbaycanla əməkdaşlıq strateji xarakter daşıyır və böyük potensiala malikdir. Hazırda iki ölkə arasında münasibətlər iqtisadi, siyasi, mədəni və təhlükəsizlik sahələrində ardıcıl və dinamik şəkildə inkişaf edir. Hər iki dövlətin həm İslam dünyası, həm Avro Atlantik məkan, həm də İsraillə möhkəm, etibarlı əlaqələrə malik olması dialoq, vasitəçilik və sülh quruculuğu istiqamətində birgə təşəbbüslər üçün geniş imkanlar yaradır.

Bu kontekstdə Albaniya Azərbaycanın Cənub Şərqi Avropaya açılan strateji tərəfdaşı, Azərbaycan isə Albaniyanın Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsində əsas platforma rolunu oynaya bilər. İki xalq arasında mövcud olan qarşılıqlı hörmət və etimad münasibətlərin əsas dayağıdır. Xüsusilə Prezident İlham Əliyevin liderliyinə və müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə göstərilən yüksək ehtiram bu əlaqələrin möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Məhz bu amil Azərbaycan-Albaniya strateji tərəfdaşlığının davamlı şəkildə dərinləşməsini təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri