ATƏT in baş katibinin Cənubi Qafqaza səfəri təşkilatın sülhün təmin edilməsinə sadiqliyini nümayiş etdirir
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ATƏT-in baş katibi Feridun Sinirlioğlunun Cənubi Qafqaza səfəri təşkilatın regionda sülh və sabitliyin təmin edilməsinə qəti sadiqliyini nümayiş etdirib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə ATƏT-in baş katibin regiona səfərinin yekunlarına dair məlumatında bildirilib.
Məlumatda vurğulanıb ki, bu, eyni zamanda aktual çağırışların həllinə yönəlmiş səylərə dəstəyin ifadəsidir.
Təşkilatdan bildirilib ki, həm İrəvanda, həm də Bakıda baş katib ölkələrin regional sülh və sabitliyin təmin edilməsi istiqamətindəki səylərini alqışlayıb və sülh sazişinin tezliklə imzalanacağına ümid ifadə edib.
"Sülh sazişi mətninin razılaşdırılması barədə xəbər ilhamverici hadisədir. ATƏT Ermənistan və Azərbaycanı dayanıqlı sülhə doğru gedən yolda dəstəkləməyə hazırdır", - F.Sinirlioğlunun sözləri təqdim edilib.
Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanda olarkən baş katib Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət edib. Bildirilib ki, burada nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















