Icma.az
close
up
RU
ATƏT PA nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub AZƏRTAC

ATƏT PA nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Milli Məclisin ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyəti ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Pekin Fəaliyyət Platforması: Parlamentlərin rolu” mövzusunda təşkil edilmiş onlayn seminarda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Azərbaycanın gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının gücləndirilməsi sahəsində qazandığı nailiyyətlərdən danışıb. Deputat vurğulayıb ki, ölkəmizdə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınlara qarşı zorakılığın aradan qaldırılmasında, gender stereotiplərinin sarsıdılmasında və cəmiyyətdə bərabər imkanların təmin olunmasında əhəmiyyətli rol oynayır.

Həmçinin qadınların iqtisadi və sosial sahələrdə aktiv iştirakını təmin etmək məqsədilə həyata keçirilən “Məşğulluq Strategiyası (2019–2030)”, “Qadın Resurs Mərkəzləri” və “Rəqəmsal Qızlar” kimi layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, “Məşğulluq Strategiyası (2019–2030)” qadınlar arasında işsizliyin və əməkhaqqı bərabərsizliyinin azaldılmasına, onların əmək bazarına daha aktiv inteqrasiyasına, eləcə də qadın sahibkarlığının dəstəklənməsi və rəqəmsal bacarıqların inkişafının təşviqinə mühüm töhfə verir.

Bununla yanaşı, Azərbaycanın postmünaqişə dövründə gender əsaslı mövzulara üstünlük verdiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar minalardan təmizləmə prosesində, məcburi köçkünlərin təhlükəsiz şəkildə yenidən inteqrasiyasında və yenidənqurma layihələrində mühüm rol oynayırlar. Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin dayanıqlı nəticələrin əldə edilməsi üçün vacibliyindən bəhs edilib.

Sevinc Fətəliyeva Azərbaycanın Pekin Fəaliyyət Platformasının prinsiplərinə sadiqliyini və gender bərabərliyi sahəsində davamlı irəliləyişlərə nail olmaq üçün göstərilən səylərin ardıcıl şəkildə davam etdiriləcəyini söyləyib.

Xatırladaq ki, 1995-ci ildə qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platformasının məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, o cümlədən, onların inkişaf proseslərində yaxından iştiraklarına mane olan amilləri aradan qaldırmaq və cəmiyyətdə rollarını artırmaq üçün milli səviyyədə və beynəlxalq əməkdaşlıq çərçivəsində səylər göstərməkdən ibarətdir. Bir sıra regional təşkilatlar, o cümlədən, ATƏT bu istiqamətdə müvafiq fəaliyyət həyata keçirir. Milli Məclis beynəlxalq parlament platformalarında sözügedən sahədə həyata keçirilən proseslərdə həmişə yaxından iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri