Icma.az
close
up
RU
Attestasiyadan kəsilən müəllimlərin aqibəti necə oldu: Yenə etiraz var

Attestasiyadan kəsilən müəllimlərin aqibəti necə oldu: Yenə etiraz var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Musiqi müəllimlərinin attestasiyasının nəticələri ilə bağlı etirazları davam edir. 

Belə ki, attestasiyaya cəlb olunan müəllimlə arasında imtahandan yüzlərlə kəsilən var. Bir qrup müəllim bununla bağlı bu gün də etiraz aksiyası da keçirib. Etiraz edən müəllimlərin əksəriyyəti haqsız yerə kəsildiklərini iddia edirlər. Mədəniyyət Nazirliyinin son açıqlamasına görə, attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq. Attestasiyadan keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək. Həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır. Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilib. 

Növbəti attestasiya may ayında keçiriləcək. Nazirlik qeyd edib ki, əgər hər hansı bir müəllimin səriştəsi komissiya tərəfindən tam yararsız hesab edilibsə və o, 5 mümkün baldan heç birini toplaya bilməyibsə, həmin müəllimin əmək funksiyasına xitam veriləcək. Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan, lakin 2 lehinə və 3 əleyhinə səs toplamış müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi, Metodik və İxtisasartırma Mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulur. Bu təlimləri başa vurduqdan sonra həmin müəllimlər təkrar attestasiyaya cəlb olunacaqlar. 

Mədəniyyət Nazirliyinin bu barədə açıqlamasından müəyyən müddət keçib. Bu gün attestasiyadan kəsilən bir qrup müəllim yenə etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından biri, 13 saylı Musiqi Məktəbinin müəllimi Məhsəti Rəhimova “Cebheinfo.az”-a bildirib ki, Mədəniyyət Nazirliyinin yaydığı məlumat yalandır və sadəcə etirazları sakitləşdirmək məqsədi daşıyır: 

“Yenidən heç bir attestasiya keçirilməyib və heç olmayacaq. Müəyyən müddətə qədər müəllimləri aldatmaq istəyirlər. Bu gün də aksiya keçirmək istədik, ancaq mane oldular. Müəllimlərdən biri saxlanılıb. İstərdik ki, həmin müəllimi azad etsinlər. Biz indiyədək rəsmi şəxslərin qəbulunda da olmuşuq. Mədəniyyət Nazirliyinə getmişik. Söz verirlər ki, baxacağıq. Yalan vədlər verib bizi yola salırlar”. Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Elnarə Akimova “Cebheinfo.az”- bildirib ki, son vaxtlar bu məsələ ilə bağlı ajiotaj onu da çox narahat edir: 

“Hər halda bu qədər insanın işdən çıxarılması xoş deyil. Mən ötən il metodistlərin attestasiyasında iştirak etmişdim. İxtisara düşənlərə biz heç cür müsbət rəy verə bilmədik. Onların kəsilməsi ilə bağlı müəyyən iradlar səslənir. Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı müəyyən faktları bilməlidirlər, ancaq elementar savadları belə yox idi. 

Azərbaycan mədəniyyətinə aid, hamıya tanış olan məsələlərlə bağlı sual verəndə gördük ki, heç məlumatları yoxdur. Ümumiyyətlə, bu, geniş mövzudur. Bəs bu insanlar buraya necə gəlib düşüblər, necə işləyiblər? Məsələn, çalğı alətlərindən kəsilənlər olub. Onlar illərlə necə ifa ediblər? Bu məsələlərdə sıçrayış olmamalıdır. Belə məsələlərə bir qədər təmkinli yanaşmaq, insanlara vaxt vermək lazımdır. Digər tərəfdən də düşünürsən ki, axı bunlar öz ixtisaslarından attestasiyaya cəlb olunublar. 

Çox qarışıq məsələdir. Mən məsələyə həm Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, həm də adi insani nöqteyi-nəzərdən yanaşıram ki, onlara şans vermək lazımdır, yenidən hazırlaşsınlar. Xüsusilə də müəyyən müsbət rəy alanlara ən azından bir şans vermək lazımdır. Məsələ Mədəniyyət Komitəsində müzakirə olunmayıb, ancaq yaxşı mövzulardan biridir və müzakirəsi vacibdir”. Qeyd edək ki, məsələ bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, nazirlikdən zənglərə cavab verən olmadı. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Attestasiya müəllim Mədəniyyət Nazirliyi Elnarə Akimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri