Icma.az
close
up
RU
ATU nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir FOTO

ATU nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Tibb Universitetində Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Bu barədə APA-ya ATU-nun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizlə yanaşı Rusiya, Qazaxıstan və Belarusdan mütəxəssislər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli bu yubiley ilində ölkəmizdə psixi sağlamlıq sahəsinin inkişaf tarixinin, bu yolda əziyyət çəkmiş alimlərin fədakar əməyinin və elmə, təhsilə verilən böyük dəyərin yad olunduğunu bildirib. Psixiatriya kafedrasının təkcə elmi araşdırmaların və akademik biliklərin mərkəzi olmadığını, həm də minlərlə həkimin, psixiatr və psixoloqun yetişdiyi bir məktəbə çevrildiyini qeyd edib: “Azərbaycanda ixtisaslı tibbi kadrların hazırlanmasına 1919-cu ildən Bakı Dövlət Universitetinin tibb fakültəsinin yaradılması ilə başlanılıb. 1920-ci ildə isə rektor, tanınmış nevroloq, professor Sergey Nikolayeviç Davidenkov tibb fakültəsində psixonevrologiya kafedrasını təşkil edib. 1925-ci ildə psixonevrologiya kafedrasından ayrılan psixiatriya kafedrası müstəqil elmi-pedaqoji fəaliyyətə başlayıb”.

Qeyd edilib ki, 1925-ci ildən sonra professor Aleksandr Perelmanın rektorluğu dövründə kafedrada geniş elmi və pedaqoji fəaliyyət aparılıb. Kafedranın nəzdində elmi kitabxana və psixoloji laboratoriya yaradılıb, klinik psixologiya sahəsində də ilk araşdırmalara başlanılıb. 1930-cu ildə müstəqil Azərbaycan Tibb İnstitutunun yaradılması psixiatriya kafedrasının fəaliyyətinə yeni imkanlar açıb. 1939-cu ildən etibarən 20 il ərzində kafedraya professor Dmitri Sergeyeviç Ozereçkovski rəhbərlik edib. Onun ardınca kafedraya Azərbaycanda psixiatriya üzrə ilk tibb elmləri doktoru, eləcə də kafedranın ilk azərbaycanlı rəhbəri Əhməd Abasquliyev, daha sonra professor Ağabəy Sultanov rəhbərlik edib. Ondan sonra kafedra rəhbəri olan professor Gəray Gəraybəyli əvvəlki dövrdə qoyulmuş ənənələrin davam etdirildiyini bildirib: “Kafedranın əsas fəaliyyət istiqamətlərindən biri kimi psixi və fiziki sağlamlığın qarşılıqlı əlaqəsinin öyrənilməsi seçildi. Azərbaycanda ilk dəfə psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin fiziki sağlamlıq göstəriciləri və somatik xəstəliklər zamanı rast gəlinən psixi pozuntular sistemli şəkildə öyrənildi. Ən mühüm yeniliklərdən biri Çikaqo Universiteti ilə birgə uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində həyata keçirdiyimiz elmi layihə oldu”.

Professor G.Gəraybəli bildirib ki, son 5 ildə kafedranın elmi fəaliyyətinə təsir edən iki əsas hadisə – COVID-19 pandemiyası və Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan İkinci Qarabağ Müharibəsi olub: “Kafedramız tərəfindən ilk dəfə olaraq pandemiya dövründə yaranan psixi pozuntularla bağlı tədqiqatlar aparılması nəticəsində klinik protokollar, yardım proqramları hazırlandı. Xalqımızın tarixində qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə şəhid ailələri, qazilər və terror qurbanlarına mərhələli şəkildə psixoloji dəstək göstərilib. Ümumilikdə, son 5 ildə kafedra tərəfindən 116 elmi məqalə, 3 dərslik, 3 monoqrafiya, 4 tədris-metodik vəsait, 7 klinik protokol hazırlanıb. Nəticələr ölkə üzrə psixiatriya müəssisələrində tətbiq edilib və bir çoxu ÜST hesabatlarına daxil edilib, 23 beynəlxalq və 7 yerli forumda təqdim olunub. Bu illər ərzində kafedramız elmə görkəmli alimlər bəxş edib, bir çox beynəlxalq layihələrə imza atıb və psixi sağlamlıq sahəsində ölkəmizin etibarlı dayağı olub”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu möhtəşəm yubiley tədbirində keçmişə ehtiramla boylanaraq, 100 yaşlı kafedranın nailiyyətlərini qoruyaraq gələcək nəsillərə ötürüləcəyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov təbrik nitqi ilə çıxış edərək bir əsr yaşı olan Psixiatriya kafedrasının keçdiyi şərəfli yolun tarixi, bu dövr ərzində ora rəhbərlik edən alimlər, əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, 1920-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində yaradılan psixonevrologiya kafedrası 5 il sonra iki müstəqil struktura - psixiatriya və nevrologiya kafedralarına ayrılıb. Bununla da ölkəmizdə psixiatriya elminin inkişafının təməli qoyulub. "Psixiatriya insan psixikasının dərinliklərini araşdıran, insanın ruhi sağlamlığına yönəlmiş olduqca vacib sahədir. Təsadüfi deyil ki, tələbələrin bu sahəyə marağı böyükdür”.

Nazir müavini N.Zeynalov psixiatriyanın müxtəlif istiqamətləri olduğunu xatırladaraq onlar arasında məhkəmə psixiatriyasını xüsusilə qeyd edib, tibb və hüquq elmlərinin kəsişməsində dayanan mürəkkəb bir sahə olduğunu bildirib: “Məhkəmə psixiatriyası həm elmi, həm də praktiki baxımdan peşəkar yanaşma tələb edən bir sahədir. Cəmiyyətin ədalətli hüquqi qiymətləndirməsi və qərarların qəbulunda onun rolu əvəzsizdir. Məhkəmə psixiatrları bir hallarda cinayət törətmiş insanlarla işləyirlər və hakim onların rəyi əsasında qərar verir. Onların üzərində həm hüquqi, həm də mənəvi məsuliyyət yükü böyükdür”. Çıxışının sonunda N.Zeynalov konfransın işinə nailiyyətlər arzulayıb.

Beynəlxalq konfransda xüsusi qonaq qismində çıxış edən Türkiyə Ədliyyə Nazirliyinin Ədliyyə tibb qurumu, müşahidə və ixtisas dairəsinin rəhbəri professor Abdullah Yıldırım İbrahimoğlu yubileylə bağlı təbriklərini çatdırıb. Qeyd edib ki bu möhtəşəm yubiley yalnız Azərbaycanda deyi, beynəlxalq səviyyədə də psixiatriya elminin inkişafına töhfə verib.

Yüz illik zəngin təcrübənin bariz nümunəsi kimi kafedranın dünya səviyyəsində əməkdaşlıqlan, elmi yeniliklərə açıq olması və beynəlxalq təcrübənin tədris və praktikaya inteqrasiyası təqdirəlayiqdir.

Belarus Respublikası dövlət məhkəmə ekspertizası komitəsinin mərkəzi аparatının məhkəmə-psixiatriya ekspertizaları baş idarəsinin rəisi, dövlət məhkəmə tibbi ekspert-psixiatrı, dosent, t.e.n. Yuri Ostyanko yubiley tədbirinə dəvətə görə ATU-nun və psixiatriya kafedrasının rəhbərliyinə dərin təşəkkürünü bildirib. Qonaq konfrans çərçivəsində keçirilən müzakirələrin bölgə ekspertləri üçün faydalı olacağını, xüsusi ilə Azərbaycan və Belarus arasında olan elmi-tibbi əlaqələrin inkişafına təkan olacağını bildirib.

S.D.Asfendiyarov adına Qazaxıstan Dövlət Tibb Universitetinin G.İ.Zaltsman adına Psixiatriya və Narkologiya kafedrasının professoru, "Psixi sağlamlıq sahəsində işləyən mütəxəssislərin assosiasiyası" Regional İctimai Təşkilatının prezidenti, tibb elmləri doktoru Saqat Altınbekov tədbir iştırakçılarına təbrikləriniçatdırıb. Qeyd edib ki, təmsil etdiyi qurumun ATU ilə olan əməkdaşlığı yüksək qiymətləndirdiyini və bu əlaqələrin gələcəkdə genişlənəcəyindən əmin olduğunu vurğulayıb.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinin baş direktoru, MDB-yə üzv dövlətlərin psixiatriya və narkologiya sahəsində baza təşkilatının rəhbəri, Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş psixiatr narkoloqu, tibb elmləri doktoru Svetlana Şport tədbir iştirakçılarına təbriklərini çatdırıb və mötəbər yubileydə iştirakından məmnun olduğunu bildirib. O, konfransı yalnız Azərbaycan tibb sahəsi üçün deyil, həmçinin bölgədə fəaliyyət göstərən ekspertlər üçün mühüm platforma rolunu bildirib. Svetlana Şport nəzərə çatdırıb ki, V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin ATU-nun psixiatriya kafedrası ilə sıx əməkdaşlığı hər iki ölkənin tibb sahəsi üçün böyük töhfədir.

Sonra Psixiatriya kafedrasının 100 illiyinə həsr edilmiş filmin nümayişi baş tutub, kafedranın bir əsrlik tarixinə nəzər yetirilib. ATU-nun psixatriya kafedrasının professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov 100 il ərzində kadefraya rəhbərlik etmiş və burada yetişdirilən tanınmış alimlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1927-ci ildə Bakıda Psixiatriya İnstitutu yaradılsa da, cəmi iki il sonra kadr çatışmazlığı səbəbindən bu elmi mərkəz bağlanılıb: “Çünki həmin dövrdə bir nəfər də olsa, elmi dərəcəyə malik azərbaycanlı mütəxəssis yox idi. Bu gün isə Azərbaycanda 10 psixiatr tibb elmləri doktoru elmi dərəcəsinə malikdir. Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında 6 professor çalışır. Bu da kafedranın keçdiyi 100 illik şərəfli tarixin, bu yolda zəhmət çəkmiş alimlərin elmi fəaliyyəti sayəsində mümkün olub. Əminik ki, bu konfrans həm elmi fikir mübadiləsi, həm də yeni əməkdaşlıqlar üçün dəyərli bir platformaya çevriləcək”. Professor N.İsmayılov Psixiatriya kafedrasının bütün əməkdaşlarını, məzunlarını və tərəfdaşlarını təbrik edərək hər kəsə uğurlar diləyib.

Açılış mərasimindən sonra beynəlxalq konfrans paralel sessiyalar ilə işini davam etdirib. Tədbirdə Azərbaycanda, Rusiyada , Qazaxıstan və Belarusda məhkəmə-psixiatrik ekspertizasının təşkili ilə bağlı təqdimatlar baş tutub. İki gün davam edəcək konfransda psixi pozuntular zamanı cinayət məsuliyyətinin müəyyən edilməsi, bu şəxslərin sosial müdafiəsi, psixi sağlamlıq xidmətlərinin tibbi sanitariyaya inteqrasiyası, müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında psixiatriyanın rolu, mülki işlərdə məhkəmə-psixiatrik ekspertizası, intiharın psixoloji aspektləri, cinayət törtəmiş qadınların kriminal-psixoloji xarakteristikası və s aktual mövzular müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see238

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see173

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see135

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see127

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see123

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see121

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see121

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see119

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see119

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see118

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see117

Rubio etiraf edir...

21 May 2025 19:47see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see115

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see113

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see113

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see112

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri