Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.
Bu barədə 525.az-a BDU-dan məlumat verilib.
BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu Audiovizual Şura tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təlimlərin tələbələr üçün məhsuldar və müsbət nəticələr verdiyini bildirib.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, xüsusilə uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən sözügedən sahədə audiovizual media subyektlərinin maarifləndirilməsi barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, audiovizual mediada uşaqların zərərli informasiyadan qorunması, eləcə də onların şəxsiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlər prioritet istiqamət kimi müəyyən edilərək daim nəzarətdə saxlanılır.
Sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Audiovizual mediada uşaq hüquqları” mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, habelə qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət və öhdəlikləri haqqında ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı:83
Bu xəbər 28 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















