Icma.az
close
up
RU
Aİ müstəqil müdafiə mexanizmi yaradır

Aİ müstəqil müdafiə mexanizmi yaradır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Birinci mərhələdə 8 ölkəyə pul ayrılır

Avropa İttifaqı son illər təhlükəsizlik və müdafiə məsələlərini prioritet istiqamətə çevirərək öz müdafiə qabiliyyətini gücləndirmək üçün ciddi və sistemli addımlar atır. Qlobal geosiyasi gərginliklərin artması, regional münaqişələrin genişlənməsi, hibrid təhdidlər, kiber hücumlar və enerji təhlükəsizliyi ilə bağlı risklər Aİ-ni daha çevik, müstəqil və dayanıqlı müdafiə mexanizmləri formalaşdırmağa vadar edir. Ənənəvi olaraq təhlükəsizlik sahəsində NATO-ya arxalanan Avropa artıq özünün strateji muxtariyyətini artırmağın vacibliyini açıq şəkildə qəbul edir.

Bu kontekstdə Avropa İttifaqı müdafiə sənayesinin inkişafı, birgə silah və hərbi texnika istehsalı, üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsi və müdafiə xərclərinin artırılması istiqamətində yeni mərhələyə qədəm qoyub. Xüsusilə SAFE kimi iri maliyyə mexanizmlərinin işə salınması Aİ-nin müdafiə sahəsində söz sahibi olmaq niyyətini aydın şəkildə ortaya qoyur. Verilən açıqlamalardan bəlli olur ki, məqsəd yalnız mövcud təhlükələrə cavab vermək deyil, həm də gələcək risklərə qarşı qabaqlayıcı tədbirlər görmək, Avropanın təhlükəsizliyini kənar təsirlərdən asılı olmayan şəkildə təmin etməkdir.

İlkin tranş təsdiqlənib...

Yeri gəlmişkən, Avropa Komissiyası (AK) SAFE müdafiə proqramı çərçivəsində Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Xorvatiya, Kipr, Portuqaliya və Rumıniyaya maliyyə yardımının təsdiqlənməsi üçün Aİ Şurasına təklif təqdim edib.

Bu barədə məlumat verən komissiyanın rəhbəri Ursula Fon der Leyen bildirib ki, keçən il Aİ müdafiə sahəsində əvvəlki onilliklərə nisbətən daha çox irəliləyiş əldə etdi”. O, Avropa Komissiyasının ötən ilki təşəbbüsünü xatırladıb. Bu təşəbbüs Aİ müdafiə məqsədləri üçün 800 milyard avro ayırmağı və Aİ üzv dövlətlərinə SAFE proqramı çərçivəsində birgə tədarük üçün 150 milyard avro kredit verməyi hədəfləyirdi: “Biz artıq Belçika, Bolqarıstan, Danimarka, İspaniya, Xorvatiya, Kipr, Portuqaliya və Rumıniya üçün SAFE planlarının ilk partiyasını təsdiqləmişik. Qalan planlar qısa müddət sonra təsdiqlənəcək. Şuranın indi vəsaitlərin sürətli şəkildə ödənilməsini təmin etmək üçün bu planları təcili olaraq təsdiqləməsi lazımdır”.

Avropa Komissiyasının məlumatına görə, bu təsdiq, səkkiz Aİ ölkəsinə hərbi hazırlıqlarını tez bir zamanda yaxşılaşdırmağa və lazımi müasir müdafiə avadanlıqlar əldə etməyə imkan verəcək ucuz, uzunmüddətli kreditlərin ilk dalğası üçün yol açır.

İndi kredit müqavilələri imzalandıqdan sonra səkkiz Aİ üzv dövlətindən ibarət qrup təxminən 38 milyard avro almaq hüququna malik olacaq.

Avropa Komissiyası dərc olunmuş kommünikedə qeyd olunub: “Bu, həmçinin Ukraynanı Aİ təhlükəsizlik ekosisteminə inteqrasiya edəcək və dəstəyimizin həm sürətli, həm də davamlı olmasını təmin edəcək”.

Aİ Şurasının bu təklifi təsdiqləməsindən sonra Avropa Komissiyası kredit müqavilələrini yekunlaşdıracaq və Brüssel ilk ödənişlərin 2026-cı ilin mart ayında başlayacağını gözləyir.

SAFE: yeni maliyyə mexanizmi...

Qeyd edək ki, SAFE (tam adıyla Security Action for Europe) Avropa İttifaqının müdafiə sahəsində yeni maliyyə və investisiya proqramıdır. Proqram 2025-ci ilin mayında Avropa İttifaqı Şurası tərəfindən rəsmən qəbul edilib. Aİ ölkələrinin müdafiə qabiliyyətini sürətlə gücləndirmək, Avropanın ümumi müdafiə sənaye bazasını inkişaf etdirmək və strateji müdafiə layihələrini birgə həyata keçirməyə hədəflənən proqramın əsas məqsədləri isə Aİ üzv dövlətlərinə müdafiə məhsullarının və avadanlıqlarının əldə edilməsi üçün maliyyə dəstəyi vermək, birgə satınalmaların təşviqi (bir neçə ölkənin eyni layihədə birgə işləməsi nəticəsində müdafiə xərclərini daha effektiv və koordinasiyalı etmək), Avropanın müdafiə sənaye bazasını gücləndirmək və kritik qabiliyyət boşluqlarını aradan qaldırmaqdır. Proqram üçün ayrılmış ümumi məbləğ təxminən 150 milyard avro təşkil edir. Bu vəsait ölkələrə uzun müddətli və aşağı faizli kreditlər şəklində verilir ki, onlar müdafiə avadanlığını daha sürətlə və sərfəli şəkildə əldə etsinlər. Kreditlər milli investisiya planları əsasında paylanır ki, artıq adıçəkilən ölkələr bu krediti almağa başlayacaqlar. SAFE çərçivəsində hava və raketdən müdafiə sistemləri, artilleriya və sürsat istehsalı, dronlar və əleyhdron sistemləri, liderlik və kiber müdafiə texnologiyaları istiqamətində maliyyə dəstəyi verilə bilər. Bu proqram Avropanın təhlükəsizlik və müdafiə siyasətində yeni bir addımdır və Aİ-nin daha müstəqil və koordinasiyalı müdafiə qabiliyyətinə yönəlib. Proqram həm də Avropa ölkələrinin müdafiə sənayesini daha rəqabətli və dayanıqlı etmək üçün strateji maliyyə vasitəsi kimi qiymətləndirilir.

Yeni müdafiə sistemi

Qeyd edək ki, Aİ artıq uzun müddətdir ki, NATO-dan kənar təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindədir. Belə ki, Aİ üzvü olan dövlətlər yaranan NATO müəmması ilə bağlı öz müstəqil müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə bir sıra təşəbbüslər irəli sürür. Bu, isə bəzi siyasi şərhçilər tərəfindən “Avropanın müstəqil müdafiə sistemi” yaratmaq istiqamətində atılan addımlar kimi dəyərləndirilir. Daha çox ortaq müdafiə planlaması, silahların birgə alınması (PESCO, Avropa Müdafiə Fondu), öz müdafiə sənayesinin gücləndirilməsi (məsələn, Ukraynaya dəstək üçün Avropa Sülh Aləti), və NATO ilə əməkdaşlığı gücləndirmək kimi tədbirlər Avropanın özünü daha effektiv qoruya bilməsini təmin etməyə yönəlmiş addımlar sayılır. Bu addımlar Avropanın öz təhlükəsizlik məsələlərində daha az ABŞ-dan asılı olması, öz qərarını özünün verməsinə hədəflənir. Təsadüfi deyil ki, Aİ qarşıdakı 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləmək niyyətindədir. Yeri gəlmişkən, Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius da bildirib ki, Avropa İttifaqı qitədə dislokasiya olunmuş ABŞ qoşunlarını əvəzləyəcək ümumi orduya malik olmalıdır. Litvanın keçmiş Baş naziri hesab edir ki, qitəni daha yaxşı qorumaq üçün azı 100 min nəfərlik daimi Avropa silahlı qüvvələrinə ehtiyac var. Kubilius həmçinin, qitənin böyük ölkələrinin iştirakı ilə müdafiə şurasının da yaradılmasını təklif edib.

Qeyd edək ki, əvvəllər də bildirilirdi ki, əgər Avropa İttifaqı ölkələri NATO-nun tələbi ilə 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsullarının 3,5 faizinədək artırsalar (NATO-nun hərbi xərclərin ümumdaxili məhsulun 5 faizinə çatdırmaq tələbi hərbi ehtiyaclar üçün 3,5 faizi, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faizi ehtiva edir), növbəti 10 il ərzində hərbi sahəyə 6,8 trilyon avro xərcləmiş olacaqlar. Müqayisə üçün deyək ki, Avropa İttifaqının növbəti yeddiillik büdcə planında (2026-2034) hərbi xərclər 60 milyard avro həcmində müəyyən edilib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri