Icma.az
close
up
RU
Davos 2026: qlobal risklər dövründə dünya nizamının yenidən yazılması

Davos 2026: qlobal risklər dövründə dünya nizamının yenidən yazılması

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 19-dan 23-nə qədər İsveçrənin Davos şəhəri qlobal qərarların formalaşdığı əsas platformalardan birinə çevriləcək. Dünyanın dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, biznes dairələri, vətəndaş cəmiyyəti institutları və akademik mühit Dünya İqtisadi Forumunun 56-cı illik toplantısında bir araya gələcək. Forum ərəfəsində açıqlanan “2026-cı il üzrə Qlobal Risklər Hesabatı” isə qarşıdakı dövrün əsas təhlükə tendensiyalarını açıq şəkildə ortaya qoyur.

Hesabat göstərir ki, bu il qlobal miqyasda ən ciddi risk geoiqtisadi qarşıdurmaların artmasıdır. Dövlətlərarası münaqişələr, iqlimlə bağlı ekstremal hadisələr, cəmiyyətlərdə dərinləşən sosial qütbləşmə, eləcə də saxta xəbərlər və dezinformasiya bu riskləri tamamlayan əsas təhdidlər kimi qiymətləndirilir. Sorğuda iştirak edən respondentlərin yarıdan çoxu yaxın iki ilin dünya üçün gərgin və qeyri-müəyyən keçəcəyini düşünür. Bu göstəricinin əvvəlki illə müqayisədə 14 faiz artması qlobal narahatlığın sürətlə yüksəldiyini göstərir.

Bu mənzərə fonunda Davos artıq klassik mənada konsensus platforması deyil. Dünya İqtisadi Forumunun 2026-cı il üzrə hesabatı təsdiqləyir ki, beynəlxalq sistem sabitlik mərhələsini arxada qoyaraq davamlı qeyri-sabitlik rejiminə daxil olub. Əgər əvvəlki onilliklərdə Davos əsasən iqtisadi əməkdaşlıq və liberallaşma ideyalarının müzakirə olunduğu məkan idisə, bu gün o, qlobal qarşıdurmaların səviyyəsini ölçən siyasi və strateji indikator rolunu oynayır. Hesabatın əsas mesajı sadədir: qlobal sistem artıq riskləri aradan qaldırmır, onlarla yaşamağa məcbur qalır.

Risklər arasında geoiqtisadi münaqişənin birinci yerə yüksəlməsi ciddi dönüş nöqtəsidir. Burada söhbət yalnız ticarət müharibələrindən yox, iqtisadi mexanizmlərin birbaşa siyasi və hətta hərbi təzyiq alətinə çevrilməsindən gedir. Sanksiyalar, enerji resursları, logistika marşrutları və maliyyə axınları klassik diplomatiyanın tamamlayıcısı deyil, onun yerini tutan əsas təsir vasitələrinə çevrilib. Təsadüfi deyil ki, respondentlərin 18 faizi məhz geoiqtisadi qarşıdurmanı 2026-cı ildə qlobal böhrana yol aça biləcək əsas risk kimi dəyərləndirir.

Hesabatın ən diqqətçəkən cəhətlərindən biri qlobal gözləntilərin psixoloji mənzərəsidir. Respondentlərin əksəriyyəti yaxın iki ili “qarışıq və təlatümlü” dövr kimi təsvir edir, onillik perspektivdə isə bu qiymətləndirmə daha da ağırlaşır. Bu göstəricilər göstərir ki, sabitlik artıq norma deyil, istisna kimi qəbul olunur. Uzunmüddətli perspektivdə cəmi 1 faiz respondent tərəfindən əmin-amanlığın mümkün sayılması isə beynəlxalq sistemdə strateji nikbinliyin, demək olar, tükəndiyini təsdiqləyir.

Silahlı münaqişə və iqtisadiyyatın silahlaşdırılması

Yaxın perspektiv üçün risklərin təhlili göstərir ki, silahlı münaqişə ilə iqtisadi təzyiq mexanizmləri artıq bir-birindən ayrılmazdır. Müasir dövlətlər müharibəni təkcə hərbi vasitələrlə yox, bank sistemləri, texnologiya ixracına nəzarət, enerji marşrutları və sanksiyalar üzərindən aparır. İqtisadi alətlər faktiki olaraq geosiyasi silaha çevrilib.

Bu tendensiya beynəlxalq hüququn əsas prinsiplərini ciddi şəkildə zəiflədir. Dövlət suverenliyi getdikcə nisbi xarakter alır, neytrallıq praktik baxımdan çətinləşir, iqtisadi əməkdaşlıq isə etimad mənbəyi deyil, potensial risk kimi qiymətləndirilir. Davos-2026 Qlobal Risklər Hesabatında respondentlərin 68 faizinin növbəti onillikdə çoxqütblü və ya parçalanmış dünya nizamı gözləməsi bu dəyişimin miqyasını aydın göstərir.

Lakin söhbət klassik mənada çoxqütblülükdən getmir. Bu yeni reallıqda vahid oyun qaydaları yoxdur, beynəlxalq institutların arbitraj rolu zəifləyib, güc balansı isə situativ və dəyişkən xarakter daşıyır. Başqa sözlə, dünya tədricən “qaydalar əsasında qurulan nizamdan” uzaqlaşaraq “güc əsasında idarə olunan mühitə” doğru hərəkət edir.

Hesabat açıq göstərir ki, iqtisadiyyat artıq neytral sahə deyil. Əməkdaşlıq avtomatik təhlükəsizlik yaratmır, risklər isə lokal xarakter daşımır, zəncirvari şəkildə yayılır. Bu şəraitdə dövlətlər üçün əsas sual belə formalaşır: onlar bu risklərin passiv obyektidirmi, yoxsa riskləri idarə edə bilən aktiv aktorlara çevrilə bilirlər?

Bu kontekstdə 2026-cı il Davos Forumu qlobal əməkdaşlığın nümayiş platformasından daha çox qlobal güc rəqabətinin səhnəsinə bənzəyir. Rəsmi olaraq “əməkdaşlıq ruhu” qorunsa da, real müzakirələr qarşılıqlı etimadın möhkəmləndirilməsi yox, strateji üstünlüyün əldə olunması üzərində cəmləşir. Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatı bu transformasiyanın nəzəri çərçivəsini təqdim edirsə, Davosun gündəliyi həmin çərçivənin praktik siyasi tətbiqini ortaya qoyur. Proseslərin mərkəzində isə ABŞ, Çin və Avropa arasında formalaşan strateji üçbucaq dayanır.

ABŞ: tək mərkəz iddiasının geri dönüşü

ABŞ-ın Davos-2026 strategiyası açıqdır - dekabr ayında açıqlanan ABŞ-ın son Milli Təhlükəsizlik Strategiyası bu cavabı özündə əks etdirir. Donald Trampın president olduqdan sonra səsləndirdiyi “öncə Amerika” şüarı burada da özünü tam göstərir. Beləliklə, “USA House” kimi simvolik platformaların Davosda ön plana çıxarılması təsadüfi deyil. Bu, Birləşmiş Ştatların dünyaya verdiyi mesajdır: ABŞ qlobal nizamın sadəcə iştirakçısı deyil, o, yenidən mərkəz olmaq niyyətindədir və bu mərkəzlə razılaşmayanlar risk zonasına daxil olur. Qlobal Risklər Hesabatında geoiqtisadi münaqişənin birinci yerdə qərarlaşması məhz ABŞ-ın bu strategiyasının (tariflərlə bağlı qərar) nəticəsidir.

Çin: konfrontasiyasız müqavimət modeli

Pekin Davos-2026-da tamamilə fərqli taktika sərgiləyir. Çin açıq qarşıdurmadan yayınaraq strateji səbr və iqtisadi cazibə xəttini davam etdirir. Çin üçün Davos - Avropa ilə münasibətləri qorumaq, qlobal ticarətin mühüm mərkəzi olduğunu göstərmək platformasıdır. Çinin mesajı qısa və rasionaldır: “Qarşıdurma yox, qarşılıqlı asılılıq”. Lakin bu ritorikanın arxasında ciddi güc resursları dayanır: qlobal istehsal zəncirlərində dominantlıq, kritik xammal bazarları (litium, nadir torpaq elementləri), limanlar və logistika şəbəkələri üzərində nəzarət. Qlobal Risklər Hesabatında iqtisadi alətlərin silah kimi istifadəsinin artması Çin üçün həm təhlükə, həm də imkan yaradır. Çünki Pekin artıq uzun illərdir Qərb bazarlarından asılılığı azaltmaq strategiyası yürüdür.

Avropa: strateji qeyri-müəyyənliyin mərkəzi

Davos-2026-da ən çətin mövqedə olan aktor Avropadır. Bir tərəfdən ABŞ-dan təhlükəsizlik asılılığı, digər tərəfdən Çinlə qarşılıqlı iqtisadi bağlılıq Avropanı strateji dilemma qarşısında qoyur. Almaniyanın yeni federal kansleri üçün Davos ilk böyük qlobal sınaqdır. Berlin Avropanın iqtisadi lokomotivi statusunu qorumağa, eyni zamanda ABŞ-Çin qarşıdurmasında açıq tərəf olmamağa çalışır. Lakin Qlobal Risklər Hesabatının göstərdiyi kimi, iqtisadi tənəzzül və inflyasiya risklərinin Avropada sürətlə yüksəlməsi bu manevr imkanlarını daraldır. Avropa artıq qayda qoyan deyil, qaydalara uyğunlaşmağa çalışan aktora çevrilir. Beləliklə, ABŞ-Çin-Avropa münasibətləri Davos-2026-da yeni mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyəti kompromis axtarışı yox, güc balansının yenidən ölçülməsidir. Qlobal Risklər Hesabatında respondentlərin əksəriyyətinin “parçalanmış dünya nizamı” gözləməsi təsadüfi deyil. Gözlənən parçalanma məhz bu üçbucağın daxilində dərinləşir. Davos-2026 göstərir ki, qlobal liderlik artıq kollektiv deyil, böyük güclər riskləri azaltmaq yox, rəqiblərin risklərini artırmaq strategiyası yürüdür, iqtisadiyyat siyasətin davamına çevrilib. Bu şəraitdə orta və regional güclər üçün yeni imkan pəncərəsi açılır.

Azərbaycan Davosda diqqət mərkəzində olacaq

Qlobal Risklər Hesabatı açıq şəkildə göstərir ki, böyük güclər arasında artan qarşıdurma beynəlxalq sistemi iflic vəziyyətinə yaxınlaşdırır. Bu vəziyyətdə nə kiçik dövlətlərin, nə də supergüclərin tam çevik davranmaq imkanı var. Məhz bu boşluqda “orta güclər” ön plana çıxır. Orta güc artıq əhali və ya iqtisadi ölçü ilə yox, strateji mövqe, diplomatik çeviklik və funksional əhəmiyyətlə müəyyən olunur. Azərbaycan bu parametrlər üzrə Davos-2026 kontekstində fərqlənən aktorlardan biridir. Cənubi Qafqazda faktiki siyasi legitimlik mərkəzi Bakıdır. Bu isə Davos çərçivəsində Qafqaz mövzularının de-fakto Azərbaycan üzərindən keçəcəyini göstərir.

Enerji diplomatiyasından enerji təklifinə keçid

Azərbaycanın Davos-2026 gündəliyində əsas fərq əvvəlki illərlə müqayisədə keyfiyyət transformasiyasıdır. Əgər ötən dövrlərdə rəsmi Bakı enerji layihələri üzrə niyyətlərdən danışırdısa, indi artıq konkret məhsul və marşrut təklif edir. Azərbaycan Avropaya təbii qaz tədarükünü artıran, yaşıl enerji layihələrini real dövriyyəyə daxil edən, həm mavi, həm də yaşıl enerjini paralel təqdim edən nadir aktorlardandır. Bu ikili model Avropa üçün kritik əhəmiyyət daşıyır, çünki Qlobal Risklər Hesabatında enerji təhlükəsizliyi dolayısı ilə bir çox risklərlə əlaqəli əsas faktor kimi göstərilir.

Orta Dəhliz: logistikanın geosiyasi çevrilməsi

Rusiya və İran ətrafında artan gərginlik Şimal və Cənub marşrutlarını funksional olaraq zəiflədir. Bu şəraitdə Orta Dəhliz yeganə real alternativə çevrilir.

Azərbaycan bu dəhlizdə təkcə tranzit ölkə deyil, təhlükəsizlik və davamlılıq təminatçısıdır. Davos-2026 kontekstində bu amil xüsusi önəm kəsb edir. Çünki Qlobal Risklər Hesabatında logistika və təchizat zəncirlərinin qırılması riskləri birbaşa geoiqtisadi münaqişələrlə əlaqələndirilir. Rəsmi Bakı regionda mühüm əməkdaşlıq mühiti formalaşdırıb - Qərblə enerji və logistika əməkdaşlığı qurur, Rusiya və İranla normal qonşuluq münasibətini qoruyur, Qlobal Cənubla siyasi dialoqu saxlayır. Bu tendensiya Davos-2026 kimi platformada yüksək etimad kapitalı yaradır. Azərbaycan funksional tərəfdaş rolunu oynayır. Davos-2026 göstərir ki, Azərbaycan regional proseslərin obyektindən subyektinə çevrilib, risklərin artdığı dünyada stabilizasiyaya nail olan aktor kimi çıxış edir, “orta güc” anlayışını praktiki məzmunla doldurur. Bu status isə yalnız regional deyil, qlobal miqyasda da taktiki üstünlük yaradır.

Yeni mənzərə...

Davos-2026 nə yeni dünya nizamı qurur, nə də mövcud böhranları həll edir. Bu forumun əsas funksiyası fərqlidir: o, qlobal sistemin real vəziyyətini bütün çılpaqlığı ilə əks etdirən güzgüdür. “Global Risks Report 2026” göstərir ki, beynəlxalq nizam artıq qaydalar üzərində deyil, risklərin idarə edilməsi üzərində qurulub. Bu, liberal beynəlxalq sistemin əsas postulatının - qarşılıqlı asılılığın sülh yaradacağı tezisinin faktiki iflası deməkdir. “Sferalar” dövrü bitir, “oyun qaydaları” dağılır. XX əsrin geosiyasəti “təsir sferaları” üzərində qurulmuşdu. XXI əsrin reallığı isə daha xaotikdir: sərt sərhədlər yoxdur, sabit alyanslar zəifləyir, qaydalar selektiv şəkildə tətbiq olunur. Davos-2026 ərəfəsində ortaya çıxan mənzərə “çoxqütblü harmoniya” deyil.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri