AVF rəsmisi: Hədəfim beynəlxalq federasiyada ölkəmizi layiqincə təmsil etməkdir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əsas hədəfim ölkəmizi beynəlxalq qurumda layiqincə təmsil etmək, vəzifə öhdəliklərimin öhdəsindən məsuliyyətlə gəlməkdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilməsi ilə bağlı danışarkən deyib.
O, bu xəbəri sevinclə qarşıladığını bildirib:
"FIVB-nin Tibb Komissiyasına üzv seçilməyim mənim üçün qürurvericidir. Namizədliyim Azərbaycan Voleybol Federasiyası tərəfindən verildi. Etimada görə qurumun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərindəki fəaliyyətimin və Avropa Voleybol Konfederasiyasında Tibb Komissiyasının üzvü olmağımın FIVB-nin Tibb Komissiyasına üzv seçilməyimə böyük təsiri var".
Qeyd edək ki, Vüsalə Kazımova FIVB-nin İdarə Heyətinin ilk iclasında Tibb Komissiyasına üzv seçilib. O, 2028-ci ilədək burada fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















