Icma.az
close
up
RU
Avrasiya ABŞ üçün prioritet olaraq qalacaq əsas geosiyasi məkandır MÜNASİBƏT BİLDİRDİ

Avrasiya ABŞ üçün prioritet olaraq qalacaq əsas geosiyasi məkandır MÜNASİBƏT BİLDİRDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son illərdə ABŞ-ın xarici siyasətində müşahidə olunan əsas tendensiya qlobal hegemonluq iddiasından daha çox seçici və funksional liderlik modelinə keçiddir. Yəni belə demək mümkündürsə Vaşinqton artıq hər regionda eyni intensivliklə hərbi və siyasi iştirak göstərmək niyyətində deyil və ona görə də daha seçici davranır. Odur ki, 2026-cı ildən etibarən ABŞ-ın Avrasiya, Yaxın Şərq və Qafqaz siyasəti də məhz bu praqmatik yanaşma üzərində formalaşacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Avrasiya ABŞ üçün prioritet olaraq qalacaq əsas geosiyasi məkandır: "Bunun başlıca səbəbi Çinin yüksəlişi və Rusiyanın təhlükəsizlik riskləri yaratmaqda davam etməsidir. Vaşinqtonun bu regionda birbaşa hərbi müdaxilədən çox, NATO və regional müttəfiqlər vasitəsilə balans siyasətinə üstünlük verəcəyi ehtimal olunur. Şərqi Avropa, Qara dəniz hövzəsi və Avrasiyanı Hind-Sakit okeanla birləşdirən nəqliyyat və ticarət marşrutları ABŞ strategiyasında mühüm yer tutur və bu strategiya davam etdiriləcək. ABŞ-ın məqsədi Avrasiyada sabitlikdən çox, rəqib güclərin hegemonluq imkanlarını məhdudlaşdırmaqdır.
Yaxın Şərq isə ABŞ üçün əvvəlki onilliklərlə müqayisədə nisbi prioritet itkisi yaşayır. Enerji asılılığının azalması və uzunmüddətli müharibələrin daxili siyasi yükü Vaşinqtonu daha ehtiyatlı strategiyaya sövq edib. Bununla belə, ABŞ regionu tam tərk etmir. İranın nüvə ambisiyalarının nəzarətdə saxlanması, İsrailin təhlükəsizliyi və Çinin regional təsirinin qarşısının alınması əsas hədəflər olaraq qalır. Düşünürəm ki, ABŞ-ın bu istiqamətdə mövcudluğu daha çox diplomatik, iqtisadi və regional tərəfdaşlar üzərindən qurulan mexanizmlərlə davam edəcək. Qəzzada “sülh şurası” adı ilə tərəfdaşlarla vasitəsilə qurulacaq mexanizm və ya Suriyada Türkiyənin mövcudluğu bunun bariz sübutudur.
Qafqaz regionu prinsip etibarilə ABŞ üçün heç vaxt birinci dərəcəli prioritet olmasa da, regionun son illərdə strateji tranzit zonası olaraq əhəmiyyətinin artması ABŞ-ni bu regiona diqqət artırmağa vadar edib. Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi, İranın şimal sərhədləri və Orta Dəhlizin aktuallaşması Vaşinqtonun diqqətini Qafqaza yönəldir. ABŞ burada birbaşa hərbi iştirakdan qaçaraq siyasi, iqtisadi və diplomatik alətlərlə mövqeyini möhkəmləndirməyə çalışacağı şübhəsizdir.
Bu yeni strategiyada Azərbaycan da xüsusi yer tutur. Coğrafi mövqeyi, enerji resursları və nəqliyyat infrastrukturu sayəsində Azərbaycan Avrasiya ilə Avropa arasında körpü rolunu oynayır. ABŞ üçün Azərbaycan bir tərəfdən Rusiyanın cənub cinahında balanslayıcı faktor, digər tərəfdən İranın şimal istiqamətində manevr imkanlarını məhdudlaşdıran vacib aktordur. Orta Dəhliz layihəsində Azərbaycanın rolu Vaşinqtonun Çin–Avropa ticarət marşrutlarını diversifikasiya etmək maraqları ilə üst-üstə düşür.
Eyni zamanda ABŞ Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət yürütməsini qəbul edir və onu regional sabitlik üçün vacib tərəfdaş kimi görür. Bu baxımdan Vaşinqtonun Azərbaycana yanaşması ideoloji yox, funksional xarakter daşıyır. Odur ki, 2026-cı ildən sonra da ABŞ-nin Avrasiya, Yaxın Şərq və Qafqaz regionunda mövqeyini gücləndirəcəyi, onu daha çevik və seçici formata salacağı gözləniləndir. Bu modeldə Azərbaycan regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri baxımından ABŞ üçün əhəmiyyətli tərəfdaş olaraq qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri