Icma.az
close
up
RU
Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən müəyyən edən Bakı və Tbilisi Mövqe

Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən müəyyən edən Bakı və Tbilisi Mövqe

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zamanın sınağından çıxan Azərbaycan-Gürcüstan yüksəksəviyyəli strateji tərəfdaşlıq münasibətləri nəticə etibarilə uzun illər boyu münaqişə, müharibə coğrafiyasına çevrilən Cənubi Qafqaz bölgəsindəki bu qara səhifələrin bağlanaraq tarixə quvuşmasına gətirib çıxaracaq.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, son zamanlarda Gürcüstan ali rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. “Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli münasibətlərin dinamik inkişafı iki ölkə və yaxud bölgəmizin deyil, daha geniş coğrafiyanın maraqlarına uyğun olduğundan, bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”, - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi transmilli layihələr reallaşdırması nəticəsində Qərblə Şərq arasında əməkdaşlıq mübnasibətlərində bir körpü rolunu yaradıb. “Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Mövcud geosiyasi proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti getdikcə daha da artmaqdadır. Orta Dəhlizin əhəmiyyətinin artması isə ancaq Azərbaycan və Gürcüstanın birgə fəaliyyəti nəticəsində mümkün olub. Orta Dəhlizin imkanlarının getdikcə artması ölkələrimizin təkcə bölgədə deyil, bütövlükdə qlobal miqyasda əhəmiyyətini artıraraq ciddi oyunçuya çevrilməsinə öz töhfəsini verəcək.

Bunun üçün böyük imkanlar mövcuddur. Ölkələrimizin iştirakı ilə birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.  Azərbaycan və Gürcüstan hazırda “yaşıl enerji” sahəsində də birgə meqalayihələrə həyata keçirməklə Avropanın enerji təhlükəsizlik arxitekturasına daha etibarlı şəkildə töhfə verməyi planlaşdırır və bu istiqamətdə konkret fəaliyyət planı nəzərdə tutulub. İki ölkə arasındakı münasibətlər bütövlükdə Avrasiya coğrafiyasında daha geniş əməkdaşlıq formatlarının yaranmasına xidmət etməklə qlobal təhlükəsizliyin təmin edilmsəsinə öz töhfəsini verəcək”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri