Icma.az
close
up
RU
Avrasiyanın “quru körpüsü” Horqos Çin Avropa yük daşımalarının vacib nöqtəsidir AZƏRTAC

Avrasiyanın “quru körpüsü” Horqos Çin Avropa yük daşımalarının vacib nöqtəsidir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AZƏRTAC Orta Dəhlizin Şərq başlanğıc nöqtəsində

Pekin, 25 yanvar, AZƏRTAC

Ötən ilin noyabrında Çin-Avropa yük qatarlarının sayı 100 minə çatdı. “Çin Dövlət Dəmir Yolu Qrupu” Çin ilə Avropa arasında həm yük qatarlarının sayının, həm də daşınan yüklərin həcminin ildən-ilə çoxaldığını açıqlayıb.

Çin ilə Avropa arasında dəmir yolu ilə yükdaşımalara 2011-ci ildən başlanılıb. Bu istiqamətdə yüklər əsasən Şimal marşrutu ilə daşınsa da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Şərqlə Qərb arasında yüklərin daşınmasında yeni alternativlər yaranıb. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Şimal xətti üzrə dəmir yolu xəttində yaranmış çətinliklər logistika, ixrac və idxal şirkətlərinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən isə gəmilərin Çindən Avropaya səyahət müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri iki dəfədən çox artıb. Bu kontekstdə də Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərir. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz və Türkiyə ərazisindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir. Orta Dəhlizlə hərəkət edən yük qatarları Çininin iki əsas sərhəd-keçid məntəqəsindən istifadə edir. Bunlardan biri Alaşankou, digəri isə Horqosdur.

Çin Xalq Respublikasının şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonu İpək yolunun önəmli halqası kimi tarixən bu ölkə ilə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq arasında ticarət mübadiləsində əvəzolunmaz rol oynayıb. Hazırda Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Rusiya, Tacikistan, Əfqanıstan və Hindistan ilə sərhəddə yerləşən Sincan bölgəsi unikal coğrafi mövqeyi sayəsində indi də Çinin Qərb istiqamətdə ticarətində mühüm paya malikdir. Avrasiyanın “quru körpüsü” adlandırılan Horqos limanını Orta Dəhlizin şərq başlanğıc nöqtəsi hesab etmək olar. Çünki Çindən Avropa istiqamətində hərəkət edən yük qatarlarının və avtomobillərinin müəyyən hissəsi Horqos terminalından keçməklə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan vasitəsilə Avropaya gedir. Horqos şəhəri dünyanın ən böyük quru yük sərhəd-keçid məntəqəsinə malikdir. Urumçidən 670 km məsafədə yerləşən Horqos sərhəd-keçid məntəqəsi dinamik və irimiqyaslı ticarət üçün olduqca sərfəlidir, qısaca olaraq bura dənizdən daha tez, havadan daha ucuz marşrut kimi xarakterizə olunur. Horqos sərhəd-keçid məntəqəsi 1983-cü ildə istifadəyə verilib. 2009-cu ildən isə Çinin dəmir yolu şəbəkəsinə qoşulub. Qazaxıstan tərəfdə dəmir yolunun inşası başa çatandan sonra - 2012-ci ildən Horqos üzərindən dəmir yolu ilə yüklərin daşınmasına başlanılıb. Ötən il Horqos terminalından 8730 yük qatarı keçib ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur. Buradan təkcə yük qatarları deyil, həm də yük avtomobilləri, habelə sərnişinlər keçir. Horqos quru sərhəd-keçid məntəqəsində hər gün təxminən 2000 nəqliyyat vasitəsinə, 4000 sərnişinə xidmət göstərilir.

“Azərbaycan Dəmir Yolu” QSC-nin bu yaxınlarda açıqladığı məlumatda qeyd olunur ki, beynəlxalq tərəfdaşlarla aparılan davamlı və fəal danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi və payı ildən-ilə artırılır. Ötən il bu dəhlizlə Çindən daşınan yüklərin həcmi 27 min konteyneri keçib. Bu, 2023-cü ilin göstəricilərini 25 dəfədən çox üstələyir. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və ölkəmizin beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Gələn il Orta dəhliz vasitəsilə blok qatarlarınn sayının 1000-ə çatdırılması planlaşdırılır. Blok qatarları orta hesabla Çindən Azərbaycana 8-10, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Dünya Bankının proqnozlarına görə, Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 2030-cu ilədək 10 milyon tona çatacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri