Icma.az
close
up
RU
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı?

Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı?

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu sözləri AzVision.az -a açıqlamasında Rusiya Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun mütəxəssisi İqor Yuşkov söyləyib. O bildirib ki, Avropa ölkələrində hidrogen sənayesinin inkişafı, xaricdən hidrogen idxalının vacibliyi üzrə açıqlamalar verilsə də, orada sözügedən yanacaq növünə tələbat aşağıdır:
“Avropada hidrogenin daşınması, saxlanması və s. üçün lazımi infrastruktur da yoxdur. Hidrogen istehsalını özünə hədəf seçən Azərbaycan bu vəziyyəti nəzərə almalıdır. Əvvəla hazırlıq işləri aparılmalı, avropalıların hansı növ hidrogenə ehtiyac duyduqları öyrənilməli, yalnız ən çox tələbə malik spesifik növ üzrə istehsal müəssisələri qurulmalıdır”.
- Burada bir neçə variant var,- ekspert vurğulayıb,- Yəqin ki, “yaşıl” hidrogen Avropada daha çox rəğbət qazanacaq. Avropalıların fikrincə, sürətli enerji keçidi fonunda yerli hidrogen istehsalı sahəsi xeyli geridə qalıb. Çünki yanacaq istehlakını bütünlüklə hidrogenlə əvəzləməkdən ötrü lazımi həcmdə bərpaolunan enerji yoxdur. Ona görə də bu cür elektrik enerjisi ilə suyun elektrolizi hesabına əmələ gətirilən “yaşıl” hidrogenə, eyni zamanda, hazır məhsul idxalına üstünlük verirlər. Azərbaycan bu bazara qoşulmaq istəyirsə, əvvəlcə elektrolizatorlar qurmalı, hidrogeni göstərilən üsulla istehsal etməlidir. Əlbəttə, Avropada hidrogenə mümkün tələbatın hansı həcmdə meydana çıxacağı hələlik məlum deyil. Belə məchul şəraitdə hazırlıq işləri aparmaq, şübhəsiz ki, çətindir..
Qazın 50 çaları | VİDEO
İqor Yuşkovun fikrincə, Azərbaycan üçün metandan, yəni təbii qazdan alınan “boz” və ya “mavi” hidrogenin istehsalı daha asan başa gələr. Ölkə böyük qaz istehsalçısı kimi bu yanacağın bir qismini hidrogen istehsalı üçün ayıra bilər. Ümumiyyətlə, hazırda dünyada hidrogen istehsalı məhz bu üsulla aparılır. Alınan məhsuldan metallurgiya və s. sənaye sahələrində istifadə olunur.
Metandan hidrogen istehsalı prosesində yaranan istixana qazı utilizasiya olunursa, bu, “mavi hidrogen”, yox, əgər utilizasiya prosesi aparılmırsa, “boz hidrogen” adlanır. “Mavi” hidrogenə daha çox üstünlük verilir. Belə proqnozlaşdırılır ki, o, Avropa bazarında ən bahalı növ hidrogen olacaq.
Ekspert deyir ki, hələ Avropaya qaz satmaq Azərbaycan üçün iqtisadi baxımdan daha sərfəlidir. Qazın Avropaya nəqli sahəsində hər hansı ciddi problem də yoxdur. Bu səbəbdən hidrogen istehsalı infrastrukturuna indidən sərmayə ayırmaq məqsədəuyğun deyil. Axı bu yanacağa Avropada hələ tələbat yoxdur. Azərbaycan Avropaya qaz satmağı davam etdirməklə daha böyük fayda götürə bilər.
Murad Nəcəfov
Firudin Həmid

AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see413

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see262

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see253

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see251

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see249

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see237

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see233

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see229

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see228

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see222

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see219

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see217

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see212

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see210

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see209

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see208

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see203

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see195

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see194

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri