Icma.az
close
up
RU
“Avropa düşdüyü dalandan çıxış yolları axtarır“ “Mysl Polska“

“Avropa düşdüyü dalandan çıxış yolları axtarır“ “Mysl Polska“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Trampizm Avropa üçün, əgər öz kimliyini üzə çıxarmaq üçün istifadə edərsə, bir fürsət ola bilər..."

Bu gün Avropa üç yol ayrıcında dayanır. Birinci yol indiyə qədər getdiyi istiqamətdə davam etməkdir. İkinci yol isə avtomatik olaraq Amerikanı təqlid etməkdir, lakin bu dəfə avropalılar "trampuzmi" özlərində tətbiq etməlidir. Üçüncü yol isə ən çətin olsa da, ən perspektivli olanıdır.

Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Mysl Polska" nəşri yazıb.

Son illərdə müxtəlif suverenlik cərəyanların tərəfdarları arasında qlobalizmin zərərli olduğu və universalist tezisin, yəni vahid dövlət, mədəni, siyasi və ideoloji modelin bütün sivilizasiya, mədəniyyət və millətlərin ehtiyaclarına cavab verə biləcəyi fikrinin yanlış olduğu barədə əminlik üstünlük təşkil edib.

Bu, doğrudur: qlobalizm aydın şəkildə göstərib ki, o, heç bir nəticəyə gətirib çıxarmır. Vaşinqtonda baş verən dəyişikliklər isə bunu qismən də olsa təsdiq edir. Tramp və onun tərəfdarlarının Amerikası, əslində, özünəməxsusluğa və mədəni koda qayıdışdır, bu isə Amerika sivilizasiyası üçün təbii və xarakterikdir. 

Bəzilərinin iddia etdiyinə görə, oradakı "dərin dövlət", nəhayət, bu qənaətə gəlib ki, müasir mərhələdə liberal qlobalizmin səmərəsi azdır və dövlətin maraqları klassik liberalizm, eləcə də libertarizm (İlon Mask) və mühafizəkar (Kertis Yarvin) elementlər əsasında daha effektiv həyata keçirilə bilər. Beləliklə, trampizm Amerika köklərinə dönüş elan edib. Onun buna gücü və iradəsi çatacaqmı, bunu zaman göstərəcək.

Atlantikanın o tayında baş verən hər şeyi nümunə və model kimi qəbul etməyə adət etmiş avropalılar düşünür ki, mühafizəkar-liberal dönüş bizim də Vaşinqtonun ardınca getməli olduğumuz yoldur. Bu, Avropanın mental, mədəni və siyasi asılılığının, onun amerikanlaşmasının nümunəsidir. Halbuki Avropa öz mənşəyini gənc Amerika Respublikasından- puritanizmdən, ingilis-sakson ideologiyasından və qədim əhdi-ətiq narrativlərindən götürmür.

Avropa kimliyi daha zəngin olub və hələ də qalır. Onun bəzi elementləri Amerika sivilizasiyasının yaranmasına təkan versə də, Yeni Dünyada bu elementlər tamamilə fərqli inkişaf yolu keçib. Amerika müstəqil bir sivilizasiya subyektinə çevrilib. Avropa isə dəbdəbəli trendlərin, Atlantikanın o tayındakı uzaq qohumlarımızın düşüncə tərzinin təsirinə qapılaraq bu statusunu itirib.

Tramp tərəfdarlarının qlobalizmdən imtina etməsi Amerikanı öz köklərinə qaytarır. Avropanın trampizmi təqlid etməsi isə onu Atlantik qardaşına uzunmüddətli asılılıqdan heç də daha az azad etmir. Bu, trampizmin avropalılar üçün yaradıcı ilham mənbəyi ola bilməyəcəyi demək deyil. Əksinə, məhz öz sivilizasiya əsaslarına və son onilliklərdə sıxışdırılan kimlik əsaslarına qayıdış yolu digərləri üçün də bir model ola bilər.

Ancaq bu nöqtədə oxşarlıqlar bitir. Biz hər kəsin öz inkişaf yolunu seçmək hüququnu tanıyırıq və buna hörmətlə yanaşırıq. Heç kimə yol göstərmir və öz istiqamətimizi zorla qəbul etdirmirik. Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını qoruyaraq dinc şəkildə ayrılırıq. Bu gün hegemoniyanın təsiri altında olan və hazırda çoxqütblü dünya ilə əvəzlənən nizamın qlobalizmdən imtinası, şübhəsiz ki, elə məhz öz ənənələrinə əsaslanmaq ideyası kimi düzgün istiqamətdə bir addımdır.

Avropa bu gün üç yol ayrıcında dayanır. Birinci yol bizi indiyə qədər getdiyimiz istiqamətə- qlobalizmin təbliğatına inanmağa davam etməyə aparır, halbuki onun əsas tərəfdarı artıq bu ideyadan imtina edib və ona olan inamını itirib. İkinci yol isə Amerikanı təqlid etmək və bu dəfə trampizmi Avropada tətbiq etməkdir. Lakin üçüncü yol da mövcuddur və ola bilsin, ən çətinidir, bu da öz ənənələrinə və kimlik əsaslarına söykənməyə çalışmaq.

Trampizmin meydana gəlməsi bizə bu üçüncü yolu asanlaşdırır. Əgər amerikalılara öz ənənələrinə qayıtmaq və kimliklərini qorumaq icazə verilirsə, - halbuki bu, son illərdə qlobalizm tərəfindən inkar edilib, -  niyə biz, Avropada, eyni şeyi etməyək? Trampizmin tezislərinin avtomatik surətdə Avropaya tətbiqi digər yad mədəni kontekstlərdə formalaşmış doktrinaların idxalı qədər süni və Avropa reallığına zidd olardı.

Avropalılar ənənəvi olaraq dövlətin öz həyatlarında rolunu tamamilə fərqli qəbul edir, kollektivizmə münasibətləri amerikalılardan fərqlidir (onlara sərt fərdiyyətçilik yad bir anlayışdır) və onlar hətta "sərhəd" anlayışını da başqa cür dərk edir, burada təkcə coğrafi sərhədlər deyil, insan potensialının sərhədləri və üfüqləri də nəzərdə tutulur. Trampizm Avropa üçün,  əgər o, bu fürsətdən öz kimliyinin unudulmuş əsaslarını üzə çıxarmaq və onları müasir şəraitə uyğunlaşdırmaq üçün istifadə edərsə, bir fürsət ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri