Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Avropa ilə ölkəmizin enerji tərəfdaşlığı dərinləşir

Avropa ilə ölkəmizin enerji tərəfdaşlığı dərinləşir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa ölkələri uzun illər enerji sahəsində asılı olduqları tədarük mənbələrini şaxələndirməyə, xüsusən də etibarlı və uzunmüddətli tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır. Bu yöndə Azərbaycan Avropanın enerji xəritəsində mühüm strateji oyunçuya çevrilib.

Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi üzrə görülən işlər Azərbaycanın enerji təhlükəsizliyi baxımından Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu bir daha təsdiqləyir. Məhz belə bir mərhələdə Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli əməkdaşlıq baxımından önəmli olmaqla yanaşı, ümumilikdə Aİ–Azərbaycan enerji dialoqu kontekstində xüsusi önəm kəsb edir.

Dövlət başçısının Slovakiya rəhbərliyi ilə keçirdiyi görüşlərdə siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan–Slovakiya münasibətlərinin konstruktiv və dinamik inkişaf etdiyini vurğulayıblar. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq xüsusi diqqət çəkib.

Qeyd edək ki, 2024-cü ilin 1 dekabr tarixindən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı olan “SPP” şirkətinə təbii qaz ixracına başlayıb. Bu tədarüklər SOCAR və SPP arasında imzalanmış qısamüddətli pilot müqavilə əsasında həyata keçirilir və tərəflər gələcəkdə daha uzunmüddətli enerji tərəfdaşlığı qurmağı hədəfləyirlər.

Bununla SOCAR öz qaz ixrac marşrutlarını daha da genişləndirib. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı artıq 14-ə çatıb – onlara Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriya daxildir.

Yeri gəlmişkən, Slovakiyaya qaz tədarükü Avropada mühüm əhəmiyyət kəsb edən “Həmrəylik halqası” (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Bu təşəbbüs 2023-cü il aprelin 25-də Sofiyada Bolqarıstan “Bulqartransqaz”, Rumıniya “Transgaz”, Macarıstan FGSZ, Slovakiya “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış Anlaşma Memorandumu ilə rəsmiləşdirilib. Bu mexanizm Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın mərkəzi ölkələrinə Azərbaycan qazının əlavə həcmdə çatdırılmasını təmin edir və həmçinin qitə daxilində enerji həmrəyliyini gücləndirir.

* * *

Son illərdə Slovakiya enerji baxımından olduqca həssas vəziyyətə düşüb. 2024-cü ilin sonunda Ukrayna üzərindən Rusiyadan Slovakiya və Çexiyaya həyata keçirilən qaz tranziti üzrə müqavilənin müddətinin başa çatması ölkəni yeni enerji reallıqları ilə üz-üzə qoyub. Bundan əlavə, Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam şəkildə qadağan etmək barədə qərar verib. Bu isə ölkənin enerji təminatında ciddi boşluq yaradıb. Məhz bu şəraitdə Azərbaycan uzunmüddətli və etibarlı alternativ kimi önə çıxır. Slovakiya rəsmiləri qeyd edirlər ki, Azərbaycan uzun perspektivdə ölkənin enerji təhlükəsizliyinin ən real həll variantlarından biridir. Azərbaycanın təbii qaz resursları həm həcmi, həm də yeni yataqların işlənməsi baxımından Avropanın enerji ehtiyaclarını müəyyən qədər qarşılayacaq gücdədir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir və bu həcmin təxminən yarısı Avropa ölkələrinə nəql olunur. Avropa İttifaqının 8 üzvünə ölkəmiz təbii qaz ixrac edir.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ilin sonunda həyata keçirilməyə başlayıb. 2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur. 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Cənab Prezidentin Slovakiyaya rəsmi səfəri və Azərbaycan–Avropa enerji əməkdaşlığının genişlənməsi gələcək iqtisadi dividendlər və iqtisadi həmrəylik baxımından real potensial yaradır. Hazırda enerji diversifikasiyası sürətlənir. Azərbaycan artıq SOCAR vasitəsilə Slovakiyaya qaz nəqlini həyata keçirir və bu, ölkəmizin Avropa enerji bazarına çıxış imkanlarını genişləndirir, eyni zamanda, bir regiondan və bir bazardan asılılığı azaldır.

Digər tərəfdən, qaz yataqlarının inkişaf etdirilməsi Avropaya tədarük həcmlərini artırmağa imkan verir ki, bu da cənab Prezidentin Slovakiyaya səfəri və Azərbaycan–Avropa enerji əməkdaşlığının gəlirlərinin yüksəlməsinə, uzunmüddətli maliyyə sabitliyinin – xüsusilə manatın sabitliyinin qorunmasına töhfə verə bilər. Bununla yanaşı, Slovakiya ilə əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. İqtisadiyyat, nəqliyyat, texnologiya və müdafiə sahələrində aparılan müzakirələr gələcəkdə investisiya axınını, texnologiya transferini və qarşılıqlı ticarət imkanlarını genişləndirə bilər.

Hesab edirəm ki, bu proses bütövlükdə Cənubi Qafqazın Avropa ilə inteqrasiyasını daha da gücləndirir. Avropa enerji təhlükəsizliyi baxımından alternativ enerji təchizatlarına ehtiyac duyur və Azərbaycan bu tələb fonunda öz rolunu daha da möhkəmləndirir. Bu isə ölkəmizin strateji mövqeyini gücləndirməklə yanaşı, gələcəkdə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühit formalaşdırır.

Təbii ki, Avropaya qaz nəqli böyük infrastruktur və təhlükəsizlik xərcləri tələb edir və bu, gələcək üçün daha dəqiq və güclü planlaşdırma zərurəti yaradır. Mövcud proqnozlara əsasən, Azərbaycan qaz hasilatını ardıcıl şəkildə artırdığı və Avropa üçün etibarlı, uzunmüddətli təchizatçı rolunu qoruduğu təqdirdə, 2030-cu ilə qədər həm valyuta gəlirləri, həm də siyasi-strateji üstünlüklər daha da artacaq. Enerji ixracından əldə olunan gəlirlər digər sahələrə – qeyri-neft sektoruna, təhsilə, texnologiyalara və sənayenin inkişafına yönəldilə bilər ki, bu da ölkənin ümumi iqtisadi dayanıqlılığını gücləndirəcək.

Bütün bu əlaqələrin genişlənməsi Azərbaycanın regiondakı mövqelərini, həmçinin türk dövlətləri ilə əməkdaşlığını da daha da möhkəmləndirəcək. Bundan başqa, ölkəmizin tranzit rolu və iqtisadi davamlılığı artacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda 10 Avropa ölkəsi ilə əməkdaşlıq formatlarını genişləndirərək yeni iqtisadi imkanlar açır.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri