Icma.az
close
up
RU
Avropa iqlim dəyişikliyinə uyğunlaşmağa hazırdırmı?

Avropa iqlim dəyişikliyinə uyğunlaşmağa hazırdırmı?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa İttifaqı ölkələri planetdə daha tez-tez və intensiv ekstremal hava hadisələrinə səbəb olan iqlim dəyişikliyinə daha yaxşı hazır olmalıdır. İspaniyanın Valensiya şəhərində dağıdıcı daşqınlar kimi ekstremal təbiət hadisələri daha intensiv və tez-tez baş verəcək. Bunu Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransında “Euronews”un müxbirinin suallarını cavablandıran İspaniyanın Kənd Təsərrüfatı, Ərzaq və Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi bürosunun rəhbəri Valvanera Ulargui Aparicio deyib.

O bildirib ki, Avropa İttifaqı (Aİ) təkcə qlobal istiləşmənin qarşısını almaq üçün deyil, həm də iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün çalışır. Bu, xüsusilə atmosferə istixana qazı emissiyalarının azaldılmasını nəzərdə tutur. Bu istiqamətdə işləməyə davam etməyin vacibliyini vurğulayan Valvanera Ulargui Aparicionun sözlərinə görə, Aİ ekspertləri iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri hazırlayırlar. Avropa İttifaqı ölkələri də bu cür hadisələrə daha yaxşı hazır olmalıdırlar.

İspaniyalı qonaq daha conra bildirib: “Yeni Avropa Komissiyasının çox yaxşı imkanları var. Sədr Aİ-nin yeni uyğunlaşma planını elan edib, bu planda bütün ölkələr hər bir regionun fərqli spesifik aspektlərini təqdim etməlidirlər, çünki iqlim dəyişikliyinə uyğunlaşma çox lokal xarakter daşıyır və nəticələri də yerlidir”.

Avropa Komissiyanın sədri Ursula Fon der Lyayen də Avrpopanın iqlim dəyişikliyinə nə dərəcə hazır olduğuna münasibət bildirib. O deyib: “İspaniyada baş verən son on ilin ən güclü daşqını göstərdi ki, Avropa hələ də istiləşmənin təsirlərinə hazır deyil. Bu iqlim dəyişikliyinin dramatik reallığıdır və biz buna hazır olmalıyıq”.

COP29 tədbirlərində iştirak etmək üçün Azərbayacana gələn İspaniyanın Elcano Kral İnstitutunun baş elmi işçisi Elena Lopezin sözlərinə görə, onun ölkəsinin böyük bir hissəsi Aralıq dənizi bölgəsindədir. Bu ərazilərin iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qaldığını, xüsusən də ölkənin cənub hissəsinin daha çox quraqlıq keçirdiyini, bəzi ərazilərin isə son vaxtlar daşqınlardan ziyan çəkdiyini bildirən ekoloq-alim deyib ki, bu problem kənd təsərrüfatı sektoruna ciddi təsir edir. “Uyğunlaşma baxımından İspaniya lazım olan tədbirləri görməyə çalışır. Hazırda ölkəmiz üçün risk və zəiflik təhlili yenilənir”, – deyə o əlavə edib.

Valensiyada baş verən daşqın Aİ ölkələrinin təbii fəlakətlərə hazır olmadığını təsdiq edib. Məsələn, Valensiyanın yerli hakimiyyəti etiraf edib ki, əhaliyə xəbərdarlıq mesajı yalnız 20:12-də –ilk sel xəbəri alınandan 8 saat, Milli Meteorologiya Agentliyinin xəbərdarlığından isə 10 saat sonra göndərilib. Bu, fövqəladə hallar xidmətinin koordinasiyasına cavabdeh olan yerli hakimiyyət üçün fiaskodur.

Yeri gəlmişkən, bu il təbii fəlakət təkcə İspaniyada baş verməyib. Bundan əvvəl, sentyabrda Mərkəzi və Şərqi Avropa ən güclü daşqınlardan birinə məruz qalıb. Polşada 400-ə yaxın insan təbii fəlakət zonasından təxliyə edilib, Çexiyada sel səbəbindən 60 min ev işıqsız qalıb, Rumıniyada isə sel 5 nəfərin ölümünə səbəb olub. Daşqının təsirinə ən çox Qalati məruz qalıb. Orada 5 min evə ziyan dəyib. Axtarış və xilasetmə işlərinə yardım etmək üçün Black Hawk helikopteri göndərilib. Ümumilikdə, Rumıniyanın 18 mahalının 19 qəsəbəsində fırtına baş verib. Güclü küləklər nəticəsində aşan ağaclar maşınlara ziyan vurub, yolları bağlayıb.

Almaniyada isə daşqınlar Bavariyanın cənubunda və Saksoniyanın bir hissəsində fəsadlar törədib. Beləliklə, on minlərlə ev su altında qalıb, körpülər və yollar dağılıb. Havanın kəskin dəyişməsi regionda sentyabr ayının əvvəlində istilərin müşahidə olunmasından sonraya təsadüf edib. Alimlər bu il Yer kürəsində ən isti yayın keçdiyini qeydə alıblar. Bu, həm də yüksək maliyyə xərcləri deməkdir.

Xatırladaq ki, Bakıda keçirilən konfransda iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə veriləcək vəsaitdən də söhbət açılıb. Hətta COP29-un ilk günlərində iqlimin maliyyələşdirilməsi üzrə öhdəliklərin artırılmasına dair razılıq əldə edilib.

İspaniyadakı son daşqınlardan sonra icmalar iqlim dəyişikliyi ilə bağlı fəlakətlərin idarə edilməsində regional hökumətlərin roluna diqqət yetirirlər. COP29-da isə Avropanın regional liderləri vəziyyətə uyğunlaşmaq üçün investisiyaların artırılmasını xahiş ediblər.

BMT-nin İqlim Dəyişikliyi Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın yoxsul ölkələrinin maraqları nəzərə alınmaqla hazırlanmış iqlim proqramlarının maliyyələşdirilməsinə dair yeni saziş layihəsi 2035 ilədək illik ən azı 1,3 trilyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Bakıda dərc olunan 34 səhifəlik sənəddə bəzi mübahisəli məsələlər hələ də həll olunmamış qalsa da, vəsaitlərin verilməsi üçün konkret variantlar hazırlanıb. Həmin vəsaitdən İspaniya da yararlanacaq.

O da məlum olub ki, iqtisadi cəhətdən ən az inkişaf etmiş ölkələr – əsasən, Afrika ölkələri 220 milyard dollara, dəniz səviyyəsinin yüksəlməsindən təsirlənən kiçik ada dövlətləri isə 39 milyard dollara ümid bəsləyirlər.

P. ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri