Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Gürcüstan hakimiyyətinin Avropa Komissiyasının iyulun 14-də göndərdiyi məktuba ötən gün cavab verdiyini təsdiqləyə bilərəm”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Markus Lammert deyib.
Onun sözlərinə görə, komissiya Gürcüstanın cavabını qiymətləndirəcək.
“Ümid edirik ki, Gürcüstan hakimiyyəti komissiyanın tövsiyələrində yer alan məsələlərin həlli üçün konkret addımlar atacaq”, - M.Lammert söyləyib.
O, Gürcüstanın təqdim etdiyi hesabatın məzmunu barədə açıqlama verməyib:
“Məlum olduğu kimi, bu cür informasiya açıqlanmır”.
Qeyd edək ki, bu gün Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının viza rejiminin liberallaşdırılması ilə bağlı tövsiyələrinin yerinə yetirilməsinə dair hesabatı müəyyən olunmuş müddət ərzində - avqustun 31-də təqdim etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 01 Sentyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















