Trampın kriptovalyutası çökdü Binance günahkardır?
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, şirkət kriptovalyutanın qiyməti kəskin şəkildə aşağı düşdükdən sonra Binance-i manipulyasiyada ittiham edib.
Bildirilib ki, 28-29 noyabr gecəsi WLF tokeninin qiyməti 0,037 dollardan 0,016 dollara düşüb - cəmi iki saat ərzində 51 fazdən çox dəyərsizləşib.
Şirkət daha sonra öz hesablamalarına istinadən iddia edib ki, Binance tokendə həm alış, həm də satış mövqelərini müstəqil şəkildə bağlayıb və bu da qiymətin kəskin düşməsinə səbəb olub.
Kriptovalyuta birjası WLF-in ittihamlarına cavab olaraq vəziyyətdən xəbərdar olduğunu və bu dövrdəki bazar fəaliyyətini təhlil etdiyini bildirib.
CNBC-nin qeyd etdiyinə görə, hadisə Kolumbiya dairəsində Tramp və WLF-ə qarşı 2 milyard dollardan çox dəyərində kriptovalyuta əməliyyatları vasitəsilə korrupsiyaya yol verilməsinə dair məhkəmə iddiası qaldırıldıqdan bir ay sonra baş verib.
2025-ci ilin oktyabr ayında Tramp 2023-cü ildə Binance şirkətinin çirkli pulların yuyulmasına qarşı mübarizədə məhkum edilmiş təsisçisi Çanpenq Çjaonu əfv edib. “The Wall Street Journal” qəzeti xəbər verir ki, onun əfvindən əvvəl birja WLF-ə 2 milyard dollarlıq texnoloji və maliyyə dəstəyi verib. Qəzetin məlumatına görə, bu razılaşma WLF-in bazar kapitallaşmasını 127 milyon dollardan 2,1 milyard dollardan yuxarı qaldırıb. Məhkəməyə tədqim olunan iddiada bunun Çjaonun əfvinə gətirən səbəb olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















