Icma.az
close
up
RU
Avropa liderinin heç biri Paşinyana vəd verəcək halda deyil RƏY

Avropa liderinin heç biri Paşinyana vəd verəcək halda deyil RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi, bunu da etdi


Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı geri çağıra bilər. Buna səbəb kimi Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, iştirak etməməsi göstərilir. Baş nazir Viktor Yengibaryanın görüşü düzgün təşkil edə bilməməsindən son dərəcə narazı qalıb. Nəşr qeyd edir ki, əgər Paşinyanın ABŞ-də erməni icması ilə görüşü sadəcə uğursuz olubsa, Münhendə bu, “biabırçı” vəziyyətlə yadda qalıb.

Qəzet Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberqin iclasda ÜAK yeparxiyasının, 16 kilsə ittifaqının, Erməni-Alman Şurasının və digər iri icma təşkilatlarının nümayəndələrinin iştirak etmədiyi barədə bəyanatına əsaslanır. Üstəlik, Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında az-çox tanınmış heç kim görünməyib. Nikol Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı qalıb və səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid atəşinə tutub. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə “Past” qəzetinə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır. Xatırladaq ki, fevralın 14-dən 16-dək Nikol Paşinyan Almaniyada olub və orada Münhen Təhlükəsizlik Konfransında iştirak edib. 


Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistan bir siyasi fiqur kimi artıq "cazibədarlığını" itirib. Ekspertin sözlərinə görə, vaxtilə Azərbaycan ərazilərini işğal etdiyi dövrlərdə Ermənistan regionda gərginlik mənbəyi kimi istər Avropanın, istərsə də Qərbin müəyyən dairələrinin əlində alət kimi istifadə məqsədi ilə onlar tərəfindən dəstəklənirdi: 

"Azərbaycan Ermənistanın bütün "cazibədarlığını" əlindən aldı. Odur ki, Avropanın Ermənistana dəstək verən dairələri bu fəaliyyətin artıq əbəs olduğu qənaətini özlərinə hasil ediblər. Ermənistana verilən simvolik və ritorik dəstəyin isə heç nəyi dəyişdirmək gücündə olmadığı bütün dairələrə, hətta Ermənistanın özünə belə bəllidir. Odur ki, Paşinyan Ermənistanın yeni dövrə qədəm qoymasının mütləqliyindən  danışır. "Soyqırım", "tarixi torpaqlar" anlayışının yanlış olduğunu dəfələrlə vurğulayır. Çünki bunun Ermənistanın gələcəyi  və qonşularla münasibəti üçün təhlükə hesab edir".


Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın Münhen Konfransından yararlanması mümkün deyildi: 

"Avropa ölkələri və ABŞ-nin daha vacib məsələləri var. Avropa öz təhlükəsizliyinin hayındadır. Avropa liderləri ABŞ tərəfindən aşağılanırlar. Onların özləri demokratiyanın boğulması ittihamı ilə üzləşirlər. Bu durumda heç bir Avropa liderinin Paşinyana hansısa vəd verəcək halı yox idi. Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi, bunu da etdi. Əgər hazırda Ermənistan bir dövlət kimi və onun lideri Paşinyan bir siyasi fiqur kimi dünya dövlətlərinin tədbirində və liderlərinin yanında görünə bilirsə, bu, Ermənistan üçün kifayətdir. Azərbaycan dövlətinin və Liderinin olduğu yerdə Ermənistan bundan artığına iddia edə bilməz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri